Trampa qarşı etirazlar böyüyür: Böhran qapıdadır...

Trampa qarşı etirazlar böyüyür: Böhran qapıdadır...
09.06.2025 15:14 Təhlil

“ABŞ-də daha dərin böhranlar baş qaldıra bilər”.

Politoloq Zeynal Əmrəliyev bunu ABŞ-də prezident Donald Trampa qarşı baş verən etirazları TodayPress TV-yə şərh edərkən bildirib.

O bildirib ki, Donald Trampın miqrasiya ilə bağlı verdiyi qərar olduqca sərt və radikal sağçı mövqeləri əks etdirir:

“Bu siyasət mahiyyət etibarilə Avropada yüksəlişdə olan milliyyətçi və sağ populist qüvvələrin yanaşması ilə üst-üstə düşür. Məhz bu səbəbdən, qərarın ABŞ daxilində ciddi narazılıqlara yol açacağı əvvəlcədən proqnozlaşdırılırdı. Son zamanlar ABŞ-də sol spektrə aid qüvvələr əhəmiyyətli dərəcədə fəallaşıb və Kaliforniya başda olmaqla bir sıra mühüm ştatlarda güclü təşkilatlanma prosesi müşahidə olunur. Xüsusilə Los-Anceles, Kaliforniya və Nyu-York kimi miqrantların üstünlük təşkil etdiyi ərazilərdə etiraz dalğasının yaranması təəccüblü deyil. Bu bölgələrdə yaşayanların böyük hissəsini Asiya ölkələrindən köç etmiş miqrant nəsilləri təşkil edir və onların Trampın miqrasiya siyasətinə qarşı çıxışı gözlənilən idi”.

Ekspert düşünür ki, federal hökumətin bu siyasətdən geri çəkilmədiyi təqdirdə ölkədə daha dərin böhranlar baş qaldıra bilər.

Qeyd edək ki, Los-Ancelesdə ABŞ prezidenti Donald Trampa qarşı etirazlar ardıcıl üçüncü gündür ki, davam edir. Etirazçılar Trampın sərt immiqrasiya və deportasiya siyasətinə qarşı olduqlarını nümayiş etdirmək üçün küçələri bağlayır və polis maşınlarını yandırırlar.  

Qiymət Mahir

FOTOLAR

Trampa qarşı etirazlar böyüyür: Böhran qapıdadır... — 1
XƏBƏR LENTİ
04 IYUN 2026
Rusiya XİN: Azərbaycanla münasibətlər müsbət ritminə qayıdıb 18:54 Ceyhun Bayramov Braziliyanın yeni səfirini qəbul etdi 18:41 altı ölkənin üzvlüyünün sürətləndirilməsini nəzərdən keçirir 18:12 Muxtar Babayev və Katrin Şneberger iqlim çağırışlarını müzakirə etdilər 18:14 İtaliya nüvə enerjisinə qayıdır: Parlament mühüm qanun layihəsini təsdiqlədi 18:05 Küveyt vəliəhdi Azərbaycan liderini təbrik etdi 17:50 Qətər Əmiri Prezidenti təbrik etdi 17:45 Öncə Tatarıstan, sonra isə bütün Rusiya... — Milyonluq tibb layihəsinin pərdəarxası... 17:43 Bəhreyn vəliəhdi İlham Əliyevi təbrik etdi 17:42 33 ildən sonra ilk dəfə: ermənilər Türkiyəyə girdi - VİDEO 17:38 Fransa millisinin yeganə problemi nədir? Deşam cavab verdi 17:35 BTR-80: Sovet-Rusiya zirehli texnikasının ən çox yayılmış nümayəndəsi 17:32 “Napoli”də bir dövr başa çatdı: Konte getdi! 17:25 Natali Aleksanyandan açıqlamalar: 102-ci bazadakılar, revanşislər və terrorçular... 17:19 “Qarabağ” azarkeşlərini maraqlandıran suala cavab gəldi! 17:13 “Bayquşlar” lider futbolçusunu komandada saxladı! 17:00 Dinc dayanmırlar, sonra da maşın yanır - Çin avtomobilləri ilə bağlı müzakirə böyüyür 16:55 Mumiyadan çörək bişirildi - 5300 illik “möcüzə 16:43 Leverkuzen klubu gələcəyini ispaniyalı mütəxəssisə həvalə etdi! 16:43 Rusiya sanksiya qoydu: Erməni məhsulları Azərbaycan bazarına tökülür? 16:35 Livanda BMT sülhməramlıları [[həlak oldu ]] 16:32 Seçki öncəsi səs-küylü vəd: Milli komandanın ulduzu hədəfdədir! 16:29 Onlayn sifariş edilən məhsulların tərkibinə diqqət edin! 16:27 Azərbaycandan Ermənistana 2500 tona yaxın dizel yanacağı göndərildi 16:13 Bütün Ermənistan Azərbaycanca danışmağa başladı - Seçkilərə damğa vuran olaylar 15:57 Bütün Xəbərlər