Təzyiq pik həddə çatır: Putin “nüvə kartı”nı işə salacaq?

Təzyiq pik həddə çatır: Putin “nüvə kartı”nı işə salacaq?
24.10.2025 17:42 Təhlil

Avropa İttifaqı (Aİ) ölkələri oktyabrın 23-də Rusiyaya qarşı 19-cu sanksiyalar paketini rəsmən təsdiqləyib.


“19-cu paket digər ölkələrin bayraqları altında Rusiya neftini daşıyan 100-dən çox tankerə qarşı məhdudiyyətləri əhatə edir. Paket çərçivəsində həmçinin Rusiya mayeləşdirilmiş təbii qazının (LNG) ixracına qadağa qoyulub”, - Aİ Şurasının məlumatında deyilir.  

Sanksiyalar sərtləşdikcə dünyada narahatlıq artır. Düşünülür ki, Rusiya Prezidenti Vladimir Putin sanksiyalara nüvə silahını işə salmaqla cavab verə bilər. 

Maraqlıdır, Rusiya rəhbəri mövcud şəraitdə belə bir qərar verə bilər?   

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Bakir Həsənbəyli bildirib ki, Rusiya–Ukrayna müharibəsi İkinci Dünya müharibəsindən sonra təchizat zəncirinin qırılmasına səbəb olan yeganə münaqişə kimi tarixə düşüb.


Müharibənin başlamasından 3 il 9 ay keçməsinə baxmayaraq, Kreml neoimperialist siyasətini həyata keçirə bilmir. Bu, Putin administrasiyasının daha da aqressivləşməsinə səbəb olur və həmin aqressivlik artıq ritorikada özünü göstərir.

“Məğlubedilməz ordu” mifi dağıldı


Ekspertin sözlərinə görə, Putin və onun komandası artıq bu müharibədə qalib gələ bilməyəcəklərini anlayıblar: 

“Artıq “məğlubedilməz rus ordusu” mifi tarixə qovuşub. Nəzərdə tutulan 72 saatlıq hərbi əməliyyat planı tam uğursuzluqla nəticələnib. Rusiya bu müharibə   kontekstində heç vaxt olmadığı qədər təklənib. 19 sanksiya paketi, yüz milyardlarla dolların dondurulması, tank ehtiyatının 19 faizinin, hərbi avtomobillərin 16 faizinin, raket arsenalının isə cəmi 19 faizinin qalması Moskvanı çıxılmaz vəziyyətə salıb. Rusiya artıq hədə-qorxu taktikasından başqa çıxış yolu görmür”.  

“Bu, hikkə müharibəsidir”

Bakir Həsənbəylinin fikrincə, Ukrayna müharibəsi əslində dövlətin deyil, bir şəxsin – Putinin şəxsi ambisiyasının nəticəsidir:


“Bu, bir nəfərin hikkə hekayəsidir. Putinin inadkarlığı Rusiyanın ehtiyat valyutasının 65 faizindən çoxunun xərclənməsi ilə nəticələnib. Rusiya hər gün döyüşlərə təxminən 372 milyon dollar xərcləyir. O bilir ki, nə vaxtsa xalq qarşısında bunun hesabatını verməli olacaq”. 

"Nüvə təhdidləri real deyil"

Ekspert əlavə edib ki, Kreml rəsmilərinin, xüsusilə Medvedyevin nüvə silahı ilə bağlı bəyanatları artıq dünya ictimaiyyəti tərəfindən ciddiyə alınmır. Rusiya nüvə silahına sahib olsa da, onun faktiki tətbiq imkanlarına malik deyil. Putin çox yaxşı bilir ki, bu addımın nəticələri Rusiyanın özü üçün daha dağıdıcı olacaq.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
04 IYUN 2026
Ayağı amputasiya olunmuş idmançı kosmosa uçmağa hazırlaşır 00:22 ABŞ-də 80 min nəfərlik "üzən şəhər" salınır 23:43 İƏT Bəhreyn və Küveytə hücumları pislədi 00:55 "Ferrari" komandası "Formula-1"də rekord müəyyənləşdirdi 00:20 Bu ölkədə isti hava səbəbindən ölənlərin sayı 100-ü keçdi 23:27 Trampdan İrana sərt mesaj: “İki-üç həftəyə hər şeyi məhv edə bilərik” 00:44 Konqoda Ebola yoluxmuş beş məhbus qaçdı 23:46 Azərbaycanın minifutbol millisi Avropa çempionatında finala vəsiqə qazandı 00:00 İran ordusu ABŞ esminesinə hücum etdi - KİV 23:47 Qalibaf: İrana qarşı boş təhdidlər dövrü başa çatıb 23:42 VAZ və "Mitsubishi" toqquşdu: Bir yaralı, bir ölü 23:05 Rusiya səfiri Britaniya XİN-ə çağırıldı 23:09 DÇ-2026: İran millisinin oyunçuları viza aldılar 22:16 "Hizbullah" Bofor qalasındakı İsrail əsgərlərini hədəf aldı 22:56 Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçildi 21:43 Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli oldu 22:29 Bu ölkə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilə bilmədi 21:34 Rusiya Ermənistan məhsullarını Azərbaycanla əvəz edir? - Putinin xüsusi nümayəndəsi açıqladı 22:17 Elçibəyin Zəngəzur dəhlizi planı niyə baş tutmayıb? – Sabiq köməkçidən tarixi açıqlama 21:02 Amerika nüvə silahları Rusiya sərhədlərinə yaxınlaşa bilər 22:00 Rubiodan "TRIPP" açıqlaması: "Əhəmiyyətli imkanlar yaradacaq" 21:15 Qadın basketbolçularımız Polşanı məğlub edib pley-inə yüksəldi 21:37 Rusiya ordusundan Kramatorska ağır zərbə – Ölənlərin sayı artır 20:57 Cəfər Əsədova yüksək vəzifə verildi 20:17 Trampın Ankaradakı NATO Sammitində iştirakı təsdiqləndi 21:05 Bütün Xəbərlər