Süni nəfəs aparatına qoşulan hərbi blok: KTMT-nin ömrü qısalır...
Təhlil
29.10.2025 16:37
KTMT-nin baş katibi İmanqali Tasmaqambetov qurumun kollektiv qüvvələrinin döyüş potensialının artırılacağını açıqlayıb.

O bildirib ki, üzv ölkələrdə hərbi kadr hazırlığı müasir texnologiyalar əsasında təkmilləşdiriləcək. Həmçinin KTMT-nin təhlükəsizlik strategiyasının müddəti uzadılacaq və yeni çağırışlara uyğunlaşdırılacaq. Bu addımlar təşkilatın gələcəkdə hərbi qarşıdurmalarda daha aktiv rol alacağı ehtimalını gündəmə gətirib.
Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan "Alyans" strateji araşdırmalar mərkəzinin sədri Abutalıb Səmədov bildirib ki, bu bəyanat KTMT-nin “nəfəsi hələ kəsilməyib” görüntüsü yaratmaq cəhdidir:

"KTMT-nin baş katibinin verdiyi bəyanat, təşkilatın hələ də yaşadığını və gələcəkdə daha da güclü quruma çevriləcəyinə dair inam yaratmaq məqsədi daşıyır. Əslində isə, hamı anlayır ki, bu təşkilatın real potensialı yoxdur. KTMT əslində Rusiyadır. Ermənistan yaxın zamanda, yəqin ki, bu təşkilatdan çıxacaq. Təbii ki, ölkədə keçiriləcək parlament seçkilərində ruspərəst qüvvələr qalib gəlməsə".
Analitik qeyd edib ki, ittifaqın gələcəyi, lider dövlətin dominantlığı səbəbindən artıq sual altındadır:

"Mərkəzi Asiya dövlətləri də hələlik məcburiyyətdən təşkilatda qalır. KTMT-nin hər hansı bir hərbi qarşıdurmada iştirak etmək potensialı yoxdur. Əgər olsaydı, Ukrayna müharibəsində üzv dövlətlər Rusiyaya real dəstək verərdilər. Lakin heç biri belə addım atmadı.
Buna görə də KTMT-nin ömrünü yalnız bir neçə il uzatmaq, belə bəyanatlarla təşkilatın “yaşadığı” və “gücləndiyi” görüntüsünü yaratmaq mümkündür. Amma reallıq ondan ibarətdir ki, KTMT uzunmüddətli yaşamaq iqtidarında deyil. Çünki təşkilatın lider dövləti olan Rusiya bir blokda olduğu ölkələrin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etmir".
A. Səmədov əlavə edib ki, KTMT hələki süni şəkildə yaşadılır:
"Bu ittifaqda inam yoxdur. İnam olmayan yerdə isə hər hansı bir beynəlxalq qurumun uzunömürlü olması mümkün deyil. Bu cür bəyanatlar bundan sonra da veriləcək, “hər şey qaydasındadır” görüntüsü yaradılacaq. Amma artıq müşahidəçilərə yaxşı məlumdur ki, KTMT-nin ömrü qısadır və o, heç bir qarşıdurmada vahid blok kimi iştirak etməyəcək".
Jalə Rövşən
tag: Abutalıb Səmədov,Politoloq,KTMT,Süni nəfəs aparatı,Todaypress.tv,
 
        
 
                                ![Türkiyənin Suriya siyasəti: [[“Təxribatçı qüvvələr bu reallığı anlamalıdır!” - POLİTOLOQ]]](/uploads/news/689c992deee73.webp) 
                                            !["Taliban" sadəcə alətdir [[—  Gizli ssenari AÇIQLANDI!]]](/uploads/news/68ed06cf388c9.webp) 
                                            ![Rusiya Paşinyan hakimiyyətinə qarşı:  [[GƏRGİNLİK PİK HƏDDƏ ÇATIR!]]](/uploads/news/68875a80bfc44.webp) 
                                            ![ABŞ-nin Əfqanıstan arzusu qabarır [[– Hadisələr məcradan çıxarsa...]]](/uploads/news/682ee162b823c.webp) 
                                            ![Putinin İrana səfəri gözlənilir: [[Masada hansı məsələlər olacaq?]]](/uploads/news/6842a77d07311.webp) 
                                            ![[[Politoloq:]] “Tramp Nobel Sülh Mükafatına layiq idi”](/uploads/news/68ecfcb33ade6.webp) 
                                            ![Rusiyaya mədəniyyət dərsi: [[“Ayvazovskinin abidəsi qanunsuz formada yerləşdirilmişdi” – POLİTOLOQ]]](/uploads/news/688c983bf24be.webp) 
                                            ![Sülh Avropa Siyasi Sammitinə qədər imzalanacaq? [[– AÇIQLANDI]]](/uploads/news/683570f3def33.webp) 
                                            ![[[Minsk qrupu ləğv olundu:]] "Azərbaycan dialoqu birbaşa aparır"](/uploads/news/68b94f6890a8d.webp) 
                                            ![Trampın planı qane etmədi: [[Qəzza sonun başlanğıcında...]]](/uploads/news/68dcfbfab160c.webp) 
                                            