Sülhə “əlavə şərt” bəhanəsi: Mirzoyan manipulyasiyaya başladı!

Sülhə “əlavə şərt” bəhanəsi: Mirzoyan manipulyasiyaya başladı!
08.10.2025 17:56 Təhlil

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Polşanın "TVP World" telekanalına müsahibəsində Ermənistan–Azərbaycan münasibətləri, Vaşinqtonda imzalanmış bəyannamə, sülh müqaviləsi və regiondakı dəyişikliklərdən danışıb.


Mirzoyan, həmçinin bəyan edib ki, guya Azərbaycan əlavə şərtlər irəli sürür: 

“Biz sülh müqaviləsini imzalamağa hazırıq. Lakin Azərbaycan tərəfi əlavə şərtlər irəli sürür və biz bununla razı deyilik. Bununla belə, proses imza mərhələsini gözləmədən də davam edir. Məsələn, biz artıq birlikdə ATƏT strukturlarına müraciət etmişik ki, Minsk qrupu fəaliyyətini dayandırsın”.

Mirzoyan Azərbaycanın sülh müqaviləsinin imzalanması ilə bağlı irəli sürdüyü əlavə şərtlər haqda danışmayıb. 

Ermənistanın razı olmadığı bu şərtlər nədən ibarətdir? Maraqlıdır, erməni nazir bu haqda 8 avqustdan sonra ilk dəfə niyə məhz indi danışır?

Məsələni TodayPress TV-yə şərh edən politoloq Rəşad Bayramov bildirib ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın “əlavə şərtlər” dedikdə nəyi nəzərdə tutduğu aydındır.


Söhbət yeni tələblərdən deyil, sülh sazişinin imzalanması üçün vaxtilə irəli sürülmüş mövcud şərtlərdən gedir.

"Bu şərtlərdən biri – ATƏT-in Minsk Qrupunun fəaliyyətinə birgə müraciətlə son qoyulması – artıq öz həllini tapıb. Həmin qurum və onunla əlaqəli strukturların ləğvinə dair qərar qəbul edilib və sentyabrın 1-də fəaliyyətini dayandırıb.

İkinci və ən vacib tələb isə Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasıdır. Rəsmi Bakı haqlı olaraq bildirir ki, yekun sülh sazişinin imzalanması və ratifikasiya olunaraq qüvvəyə minməsi üçün bu dəyişiklik mütləqdir. Bu mövqe artıq beynəlxalq səviyyədə də qəbul olunur. Təsadüfi deyil ki, 8 avqustda Vaşinqtonda imzalanan üçtərəfli bəyanatda sülh sazişinin imzalanması və ratifikasiyası üçün “əlavə tədbirlərin görülməsi” zərurəti xüsusi vurğulanıb. “Əlavə tədbirlər” ifadəsi isə məhz Ermənistan Konstitusiyasında müvafiq dəyişikliklərin edilməsini nəzərdə tutur.


Belə olan halda, Mirzoyanın Azərbaycanın guya sülh sazişinin paraflanmasından sonra “əlavə şərtlər” irəli sürdüyünə dair açıqlaması beynəlxalq ictimaiyyəti manipulyasiya etmək cəhdi kimi dəyərləndirilməlidir. Ermənistan rəsmiləri bu tipli bəyanatlarla Konstitusiya dəyişikliyi həyata keçirmədən sülh sazişinin imzalanması üçün Azərbaycana təzyiq göstərilməsinə çalışırlar", – deyə siyasətçi vurğulayıb.

R.Bayramov əlavə edib ki, Paşinyan və onun komandası sülh sazişini Ermənistanda keçiriləcək seçkilər öncəsi siyasi dividendlərə çevirmək, onu daxili auditoriyaya “uğur” kimi təqdim etmək istəyir. Bu məqsədlə onlar beynəlxalq tribunalarda oxşar bəyanatlar səsləndirərək diplomatik təzyiq formalaşdırmağa cəhd edirlər.


Lakin fakt ondan ibarətdir ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları qaldığı müddətcə hər hansı sülh sazişinin qüvvəyə minməsi mümkün deyil. Bu, beynəlxalq hüququn və dövlətlərarası müqavilə prinsiplərinin açıq tələblərinə ziddir. Ermənistanın bu istiqamətdə apardığı anti-Azərbaycan təbliğatı da nəticə verməyəcək.

"Mirzoyan və onun həmfikirləri manipulyativ bəyanatlar verməkdənsə, Ermənistan ictimaiyyətini Konstitusiya dəyişikliyinin zəruriliyinə inandırmaq üçün maarifləndirici addımlar atmalıdır. Məhz bu, bölgədə davamlı sülhə aparan yeganə yoldur", – deyə ekspert diqqətə çatdırıb.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
04 IYUN 2026
Ceyhun Bayramov Braziliyanın yeni səfirini qəbul etdi 18:41 altı ölkənin üzvlüyünün sürətləndirilməsini nəzərdən keçirir 18:12 Muxtar Babayev və Katrin Şneberger iqlim çağırışlarını müzakirə etdilər 18:14 İtaliya nüvə enerjisinə qayıdır: Parlament mühüm qanun layihəsini təsdiqlədi 18:05 Küveyt vəliəhdi Azərbaycan liderini təbrik etdi 17:50 Qətər Əmiri Prezidenti təbrik etdi 17:45 Öncə Tatarıstan, sonra isə bütün Rusiya... — Milyonluq tibb layihəsinin pərdəarxası... 17:43 Bəhreyn vəliəhdi İlham Əliyevi təbrik etdi 17:42 33 ildən sonra ilk dəfə: ermənilər Türkiyəyə girdi - VİDEO 17:38 Fransa millisinin yeganə problemi nədir? Deşam cavab verdi 17:35 BTR-80: Sovet-Rusiya zirehli texnikasının ən çox yayılmış nümayəndəsi 17:32 “Napoli”də bir dövr başa çatdı: Konte getdi! 17:25 Natali Aleksanyandan açıqlamalar: 102-ci bazadakılar, revanşislər və terrorçular... 17:19 “Qarabağ” azarkeşlərini maraqlandıran suala cavab gəldi! 17:13 “Bayquşlar” lider futbolçusunu komandada saxladı! 17:00 Dinc dayanmırlar, sonra da maşın yanır - Çin avtomobilləri ilə bağlı müzakirə böyüyür 16:55 Mumiyadan çörək bişirildi - 5300 illik “möcüzə 16:43 Leverkuzen klubu gələcəyini ispaniyalı mütəxəssisə həvalə etdi! 16:43 Rusiya sanksiya qoydu: Erməni məhsulları Azərbaycan bazarına tökülür? 16:35 Livanda BMT sülhməramlıları [[həlak oldu ]] 16:32 Seçki öncəsi səs-küylü vəd: Milli komandanın ulduzu hədəfdədir! 16:29 Onlayn sifariş edilən məhsulların tərkibinə diqqət edin! 16:27 Azərbaycandan Ermənistana 2500 tona yaxın dizel yanacağı göndərildi 16:13 Bütün Ermənistan Azərbaycanca danışmağa başladı - Seçkilərə damğa vuran olaylar 15:57 Perinatal Mərkəzin sabiq direktoru həbs olundu 15:49 Bütün Xəbərlər