Rusiya üçün vasitəçilik: Diplomatik təşəbbüs, yoxsa alət?

Rusiya üçün vasitəçilik: Diplomatik təşəbbüs, yoxsa alət?
11.07.2025 16:47 Təhlil

“Kremlin Ermənistan və Azərbaycan liderlərinin Əbu-Dabidəki görüşü barədə mövqeyinə daha çox protokol xarakterli bəyanat kimi yanaşmaq lazımdır”. 

Politoloq Rəşad Bayramov bunu TodayPress TV-yə açıqlamasında bildirib.

Siyasətçi vurğulayıb ki, hazırkı mərhələdə Rusiya rəsmən danışıqlar prosesini dəstəklədiyini və sülhə töhfə verməyə hazır olduğunu bəyan etsə də, əslində, Moskva üçün öz iştirakı və vasitəçiliyi olmadan aparılan danışıqlar məqbul sayılmır:  

“Rusiya uzun illərdir Azərbaycanla Ermənistan arasında vasitəçilik etmək yolu ilə həm öz maraqlarını qorumağa, həm də tərəflər üzərində təsir imkanları qazanmağa çalışıb. Bu baxımdan Rusiya üçün vasitəçilik yalnız diplomatik təşəbbüs deyil, eyni zamanda siyasi alətdir.

Təsadüfi deyil ki, bir müddət əvvəl Yekaterinburq insidenti ilə bağlı Azərbaycanın verdiyi notaya cavab olaraq Rusiya XİN-in bəyanatında, üçüncü tərəfin iki ölkə arasında münasibətləri pozmağa çalışmasından bəhs olunmaqla yanaşı, Qərbin Rusiyanı danışıqlar prosesindən sıxışdırıb çıxarmağa cəhd etdiyi də xüsusi vurğulanıb.

Başqa sözlə desək, Rusiya üçün bu gün Azərbaycan-Ermənistan danışıqlarında iştirak etmək prioritet məsələdir. 2020-ci il 10 noyabr Bəyanatında da Rusiyanın bu danışıqlardan necə geosiyasi dividendlər əldə etməyə çalışdığı açıq görünür. Sənəddə Zəngəzur dəhlizinə nəzarətin məhz Rusiya sülhməramlılarına həvalə olunması bu yanaşmanın bariz nümunəsidir”.

Ekspert Əbu-Dabi görüşünə toxunub:

“Azərbaycanla Ermənistan arasında birbaşa danışıqların hər hansı neytral ölkədə, xüsusən də ABŞ-yə yaxın sayılan BƏƏ-də aparılması, şübhəsiz ki, Moskvanın narazılığına səbəb olur.

Bu kontekstdə Kremlin son bəyanatını səmimi sülh təşəbbüsü kimi deyil, daha çox diplomatik protokol qaydalarına uyğun verilmiş, simvolik xarakter daşıyan açıqlama kimi dəyərləndirmək məqsədəuyğundur. Rusiya, şübhəsiz, sülhün əldə olunmasında maraqlı ola bilər, lakin bu maraq yalnız özünün də prosesdə aktiv rol alması şərti ilə aktuallığını qoruyur”.

Qeyd edək ki, Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Ermənistanla Azərbaycan arasında birbaşa dialoqu alqışlayır.

Onun sözlərinə görə, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması regiona sabitlik gətirməyə kömək edəcək.

Qiymət Mahir

FOTOLAR

Rusiya üçün vasitəçilik: Diplomatik təşəbbüs, yoxsa alət? — 1
XƏBƏR LENTİ
03 IYUN 2026
Kəbədə şeytan var, daşlayırlar? İlahiyyatçı üsyan etdi 14:45 TƏCİLİ! Türkiyədə zəlzələ oldu 14:39 Prezident Xarici Kəşfiyyat Xidməti ilə bağlı fərman imzaladı 14:32 Gənc idmançımızın yeni beynəlxalq sınağı başlayır 14:27 Danışılmış oyun iddiası: UEFA-dan ağır cəza gəldi 14:19 "Məcburi köçkünlük" dövrü bitir: Dövlət qanunu dəyişdirir! 14:16 Ukrayna Putinin gələcəyi məkanı bombalayır - Rusiya prezidenti böyük təhlükədə 14:15 Keçmiş məhkum yenə iş başında: Bu dəfə 5 kq narkotiklə saxlanıldı 14:08 “Qızıl top” uğrunda yarışda Kvaratsxeliyaya dəstək gəldi 13:46 İran Küveyti VİRAN ETDİ: Aeroportdan yeni görüntülər 13:43 Naxçıvanda tarixi kəşf edən arxeoloq danışdı: 30 ildir ki, axtarırdıq, belə tapdıq 13:29 Masazır təmsilçisi müdafiəyə yeni lider gətirir 13:21 İran Küveyt aeroportuna zərbə endirdi - ÖLƏN VAR 13:17 DSX sərhədi pozan nigeriyalıları saxladı - FOTO 13:09 İyunun 4-ə gözlənilən hava proqnozu açıqlandı 13:00 Kiyev bombalanır - NATO baş katibi şəhərdədir 12:45 Vembanyama üçün fantastik müqavilə hazırlanır 12:30 Prezident Mərkəzi Bankın yeni binasını açdı - 35 mərtəbəlidir 12:22 Mehdiabad–Baksol–Ziya Bünyadov prospekti avtomobil yolu inşa ediləcək 12:18 Ermənistanda Azərbaycanla dost olmaq istəyənlərin sayı artdı - RƏY 12:18 Erməni əsgərdən Şuşa döyüşü haqda şok sözlər: “Azərbaycanlılar şəhərə girəndə…” 12:15 Əlilləri incidən Bakı keçidləri - AAYDA isə deyir ki... 12:09 Müəllim olmaq istəyənlər DİQQƏT! Sənəd qəbulu başlandı 12:01 Gürcüstanda kütləvi DEPORTASİYA: Aralarında Azərbaycanlılar da VAR 11:58 Ölkəyə kiberhücumlar artır - Prezidentin yaratdığı qurumun hədəfləri 11:44 Bütün Xəbərlər