Pezeşkiandan “türk dili” açıqlaması: Siyasi gediş, yoxsa sınaq?
Təhlil
30.10.2025 17:27
İran Prezidenti Məsud Pezeşkian İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində Azərbaycanın rolunu vurğulayıb və konstitusiyanın 15-ci maddəsinin icrası üçün “15-ci prinsip komitəsi” yaradıb. Maddə qeyri-fars dillərinin, o cümlədən türk dilinin tədrisinə icazə verir. Yeni tədris ilində türklərin yaşadığı bölgələrdə ana dilində təhsil sınaqdan keçirilə bilər.
Maraqlıdır, bu addım İranın etnik siyasətində real dəyişiklik yarada bilər, yoxsa sadəcə simvolik xarakter daşıyır?
Sözügedən mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Samir Hümbətov bildirib ki, Pezeşkian dini rejimlə uzlaşmır:
"Bilirsiniz, məsələ bundadır ki, indiki durumda Pezeşkianın atdığı addımlar mövcud teokratik rejimlə tam şəkildə üst-üstə düşmür. Pezeşkian islahatçı qanadın nümayəndəsi kimi Xomeyni rejiminin baxışlarından fərqli düşüncələrə malikdir və bu, zaman-zaman hiss olunur. Amma məncə, bu, ciddi gərginliyə səbəb olmayacaq".
Analitik qeyd edib ki, bu addımlar daha çox siyasi jest xarakteri daşıyır:
"Türk dilinin ikinci tədris dili kimi tətbiqi məsələsi uzun müddətdir ki, müzakirə olunurdu, lakin sonradan parlamentdə gündəmdən çıxarıldı. İndi isə yenidən gündəmə gətirilir. Hicab məsələsində də Pezeşkian fərqli yanaşma nümayiş etdirib. Hesab edirəm ki, bu təşəbbüsə müəyyən qədər nail ola bilərlər, amma türk dilinin fars dili ilə eyni statusda olacağını düşünmürəm.
Bu, həm də siyasi bir gediş ola bilər. Yəni “baxın, biz bütün dillərə hörmətlə yanaşırıq, hər kəs öz dilində təhsil ala bilər” mesajını vermək məqsədi daşıya bilər. Amma bunun müəyyən çərçivələr daxilində icazə formasında olacağını düşünürəm".
S.Hümbətov son olaraq əlavə edib ki, Türk dilinə icazə məhdud, amma real addım kimi qiymətləndirilə bilər:
"Hər halda, heç olmamağındansa, müəyyən səviyyədə tətbiq olunması daha məqsədəuyğundur. Bu addım simvolik xarakter daşımayacaq, müəyyən dərəcədə icazələr veriləcək. Lakin bu icazələr geniş miqyaslı olmayacaq və fars dili ilə eyni səviyyəyə çatmayacaq".
Jalə Rövşən
tag: Samir Hümmətov,Türk dili,İran,Pezeşkian,Todaypress.tv,
 
                                             
        
 
                                ![“Avropa ABŞ-dən yardım istəyir” [[– politoloqdan AÇIQLAMA]]](/uploads/news/68bedb6c44c4a.webp) 
                                            ![Geriyə dönüş [[YOXDUR: "Ermənistan səhvə yol verməyəcək" - ŞƏRH]]](/uploads/news/68b03892e2878.webp) 
                                            ![Azərbaycan BMT tribunasından hansı mesajları verəcək? [[- ŞƏRH]]](/uploads/news/68d27e8a08fa3.webp) 
                                            ![Tarixin tozlu arxivinə qovuşan Minsk qrupu: [[“Mənfi nümunə kimi yaddaşlarda qalacaq”]]](/uploads/news/68a8799b0a0af.webp) 
                                            ![Müharibə Polşaya da sıçradı [[— Rusiyanın planı AÇIQLANDI!]]](/uploads/news/68c7e5fc29829.webp) 
                                            ![Türkiyə hədəfdədir: [[ABŞ-İsrail ittifaqı Türkiyəyə qarşı təhdid yaradır? – Politoloq açıqladı]]](/uploads/news/68f63a7b1d976.webp) 
                                            ![[[FƏLAKƏT QAPIDADIR:]] Metsamor AES bağlanmasa…](/uploads/news/6888be2eca0b0.webp) 
                                            ![Türk ordusunun qəhrəmanlıq dastanı: [[30 Avqust Zəfər Bayramı]]](/uploads/news/68b2a4fddb26f.webp) 
                                            ![İran-İsrail qarşıdurmasında [[İQTİSADİ RİSKLƏR]]](/uploads/news/684c0863c13b6.webp) 
                                            ![Qürur günü: [[Bakının azad olunmasından 107 İL KEÇİR...]]](/uploads/news/68c7ff4bbfed6.webp) 
                                            