Kreml Vensin Qafqaz səfərindən narahatdır? – Təhlil

Kreml Vensin Qafqaz səfərindən narahatdır? – Təhlil
11.02.2026 18:15 Təhlil

"Moskva Vensin İrəvan və Bakıya səfərlərində təhlükə görmür". 

Bunu  Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın ABŞ-nin  digər ölkələrlə təmaslarından  narahatlıqları ilə bağlı suala cavab verərkən deyib. O, qeyd edib ki, bu dövlətlər digər dövlətlərlə qarşılıqlı əlaqədə olmaq hüququna malik suveren dövlətlərdir.  

Maraqlıdır, Kreml bu mövqedə səmimidir? 

Politoloq Tofiq Abbasov sözügedən məsələni TodayPress TV-yə  şərh edib. 


Onun sözlərinə görə,  bu proseslər beynəlxalq praktikada adi qarşılanan məsələlərdir. Hər bir dövlət suveren siyasət yürüdərkən özü münasibətlərini qurur, öz hədəflərini müəyyən edir və siyasi prioritetlərini önə çıxarır: 

"Təbii ki, bu ikitərəfli görüşlər, sonra zirvə toplantıları, sammitlər – hamısı xüsusi formatlarda, protokol qaydalarına uyğun işlənilir. Birinci şəxslər tapşırıqlar verir, işçi qruplar fəaliyyət göstərir. Məsələn, Azərbaycan-Amerika münasibətlərində işçi qrup yaradılmışdı. Hazırda isə strateji tərəfdaşlıq haqqında Xartiya imzalanıb, yəni münasibətləri tənzimləyəcək sənəd mövcuddur, buna həm də “yol xəritəsi” demək olar".

Analitik qeyd edib ki, prinsip etibarilə, Azərbaycanla Amerika Birləşmiş Ştatlarının münasibətləri yeni müstəviyə qədəm qoyur və bu münasibətlərin böyük perspektivi var. Burada Peskov haqlı olaraq bildirir ki, Azərbaycan suveren dövlətdir və suveren qərarını verir.

T.Abbasov vurğulayıb ki, ABŞ  Azərbaycanda daim təmsil olunub: 


"Digər tərəfdən, bəzi hallarda Rusiya və yerli mətbuatda deyilir ki, “Amerika Cənubi Qafqaza qayıdır”. Əslində Amerika Cənubi Qafqazdan heç vaxt çıxmayıb. Azərbaycanda Amerika investisiyaları işlək vəziyyətdədir və bundan sonra da qalacaq. 1994-cü ildə imzalanmış “Əsrin Kontraktı”nda Amerika şirkətləri geniş təmsil olunub. Bu prosesi ulu öndər Heydər Əliyev dəstəkləyərək Amerika şirkətlərinə əlverişli şərait yaratmışdı".

Analitik sonda əlavə edib ki, Rusiyada Vensin  Qafqaz səfəri tam  sakit qarşılanmır, çünki bu region ənənəvi olaraq Rusiyanın təsir dairəsində olub. Lakin geosiyasi reallıqlar dəyişib, dövlətlər öz hədəflərinə çatmaq üçün müxtəlif vasitələrdən istifadə edirlər. Buna normal yanaşmaq lazımdır. Peskovun fikri praqmatikdir, istehza ilə deyilmiş fikir deyil.  O, beynəlxalq münasibətlərdə geniş təcrübəyə, biliyə və bacarığa malikdir və fikrini məhz bu kontekstdə ifadə edib.   

Qeyd edək ki, ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens hazırda Bakıda rəsmi səfərdədir.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUN 2026
Yeddi komanda mövsüm ərzində hərəsinə 100 milyon avrodan çox pul qazanıb 22:23 NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 Bütün Xəbərlər