İsrail Şimali Kiprlə yaxınlaşır? – Ekspert faktları AÇDI
Təhlil
04.08.2025 18:43
"Əslində, İsrailin Şimali Kipr Türk Respublikası ilə hər hansı problemi yoxdur. Əgər normal münasibətlər bərpa olunsa, İsrail hətta Şimali Kiprə yardım göstərməyə də hazırdır".
Siyasi ekpsert Azər Həsrət bunu TodayPress TV-yə açıqlamasında deyib.
O, izah edib ki, İsrail Türkiyə ilə gərgin münasibətlər fonunda cavab gedişi kimi bu kimi məsələləri gündəmə gətirir:
"Əgər İsraillə yaxınlaşma baş versə, bu, Türkiyə, Azərbaycan və İsrail – ümumilikdə bölgəmiz üçün faydalı olar. Çünki İsrail dünyanın bir çox yerində təsir imkanlarına malik olan dövlətdir və üstəlik, ABŞ-nin birbaşa himayəsindədir.
Azərbaycan Respublikası hər zaman İsraillə dost münasibətlərdə olub və bunun müsbət nəticələrini dəfələrlə görmüşük. İsraildə nə islama, nə də türklərə qarşı düşmənçilik mövcuddur".
Qeyd edək ki, İsrailin “Israel Hayom” qəzetində dərc olunan və beynəlxalq təhlükəsizlik üzrə tanınmış ekspert Şay Qalın müəllifi olduğu yazı regionda rezonansa səbəb olub. Məqalədə iddia olunur ki, Şimali Kipr İsrail üçün birbaşa təhlükə mənbəyinə çevrilməkdədir.
Qiymət Mahir
tag: İsrail,Şimali Kipr Türk Respublikası,Türkiyə ,ABŞ,Azərbaycan,Todaypress.tv,