İrandan növbəti avantürist ADDIM: “Onlar regionun sülh carçısı olsaydılar...”
Təhlil
12.08.2025 19:05
“İran həqiqətən də Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin carçısı olsaydı, Azərbaycan torpaqlarının 30 ilə yaxın bir müddətdə işğal altında qalmasına biganə yanaşmazdı”.
Politoloq Aydın Quliyev bunu İran Parlamentinin Təhsil Komissiyasının üzvü Fərşad İbrahimpurun bəyənatını TodayPress TV-yə şərh edərkən bildirib.
Onun fikrincə, F.İbrahimpurun tarix boyunca İranın bu bölgədə sabitlik və təhlükəsizliyin təmin edilməsində böyük rol oynadığı ilə bağlı dedikləri şişirdilmiş bəyanatdır:
“İran sadəcə söz oyunlarını sevir, real siyasi mövqe ortaya qoymağı isə yox. İşğal müddətində Ermənistanı heç vaxt açıq şəkildə “təcavüzkar” adlandırmadılar, heç “Azərbaycan torpaqları azad edilməlidir” cümləsini belə dilə gətirmədilər. Rəsmi Tehran uzun illər yalnız ümumi və zahiri açıqlamalarla kifayətləndi, Ermənistanı dəstəkləməkdən çəkinmədi. Hətta Qarabağın işğalı zamanı orada yaşamış yerli əhalinin dədə baba yurdunu, təsərrüfatını, mədəni dini abidələrini dağıtmaqda iştirak etdilər”.
Analitik vurğulayıb ki, yalnız İkinci Qarabağ müharibəsinin nəticələri reallığa çevriləndən sonra İran siyasətində müəyyən dəyişiklik müşahidə olunub. O dönəmdə İran Azərbaycanın müdaxiləsindən ehtiyat edərək Araz çayı boyunca hərbi manevrlər həyata keçirib.
O əlavə edib ki, Azərbaycanın Vaşinqtonda imzaladığı sənədlər nəticəsində bölgədə uzunmüddətli və davamlı sülh təmin olunacaq. İranın bu razılaşmalara qarşı şübhəli yanaşması isə əsassızdır:
“Naxçıvana Zəngəzur üzərindən keçid mütləq açılmalıdır və bu yaxın zamanda reallaşacaq. Bu, Azərbaycanın Naxçıvanla birləşməsi üçün həyati əhəmiyyət daşıyır”.
Sonda siyasətçi diqqətə çatdırıb ki, Azərbaycanın burada yeganə məqsədi Naxçıvanla yerüstü əlaqənin bərpasıdır.
Qeyd edək ki, İran Parlamentinin Təhsil Komissiyasının üzvü Fərşad İbrahimpur, ABŞ-nin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında əldə olunan razılaşma və Zəngəzur dəhlizinin yaradılması ilə bağlı “narahatlığını” ifadə edib. Onun sözlərinə görə, bu təşəbbüs yalnız iqtisadi layihə deyil, həm də İrana qarşı “geosiyasi təzyiq” və “mühasirə” planının tərkib hissəsidir.
Aysel Mətləb
tag: İran ,Azərbaycan,Fərşad İbrahimpur,Zəngəzur dəhlizi,Todaypress.tv,
 
        
 
                                ![İran-İsrail qarşıdurmasında [[İQTİSADİ RİSKLƏR]]](/uploads/news/684c0863c13b6.webp) 
                                            ![Ermənistanda iki qütbün savaşı: [[İrəvan Moskvanın kölgəsindən çıxmağa çalışır?]]](/uploads/news/6900a74742040.webp) 
                                            ![ABŞ-nin Zəngəzur dəhlizi planı: [[Region dövlətlərinin razılığı olmadan...]]](/uploads/news/6877b81ce63dc.webp) 
                                            ![Azərbaycanda Türkiyənin hərbi bazası yaradılacaq? [[– Ramiz Yunus AÇIQLADI]]](/uploads/news/68637d204683d.webp) 
                                            ![[[İsrail və ABŞ Vetosu:]] Türkiyə Qəzza Sülhməramlılarından niyə uzaqlaşdırıldı?](/uploads/news/68fb71e0113e2.webp) 
                                            ![[[Politoloq:]] “Nə ABŞ, nə də Avropa bu istiqamətdə ciddi iradə ortaya qoyur”](/uploads/news/68c15a130f3fc.webp) 
                                            ![İsrail-HƏMAS razılaşdı: [[Qəzzaya sülh qayıdır?]]](/uploads/news/68e79dab2e969.webp) 
                                            ![ABŞ-dən yeni qərar: [[Miqrantları nə gözləyir?]]](/uploads/news/6880ea4a9f8a6.webp) 
                                            ![[[Rusiyanın Bakıya qarşı "savaş”ında ALƏT OLA BİLƏRSİNİZ!]] – XƏBƏRDARLIQ!](/uploads/news/682dd0a772243.webp) 
                                            ![[[Trampın Asiya planı:]] ABŞ-Yaponiya ittifaqı ilə Çinə qarşı yeni cəbhə](/uploads/news/6902445134eff.webp) 
                                            