İlham Əliyev və Putin görüşdü: Bakı-Moskva xəttində yeni səhifə?

İlham Əliyev və Putin görüşdü: Bakı-Moskva xəttində yeni səhifə?
09.10.2025 15:50 Təhlil

Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşü keçirilib. 

ŞƏT sammitində ayaqüstü salamlaşmanı nəzərə almasaq, bu, Bakı-Moskva xəttində uzun müddət sonra ilk canlı təmasdır. 

Münasibətlərin normallaşmasında isə əsas maraqlı tərəf kimi Rusiya görünür. 

Politoloq Elşad Paşasoy sözügedən görüşü TodayPress TV-yə şərh edərkən bildirib ki, Azərbaycan Prezidentinin 10 oktyabr tarixində Düşənbədə keçiriləcək MDB dövlət başçılarının sammitində iştirakı tamamilə məntiqə uyğundur və təqdir olunur:

“Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlamış, həmçinin Çində keçirilən beynəlxalq tədbir çərçivəsində Azərbaycan Prezidenti və vitse-prezidentlə salamlaşmışdı. Bu, Kremlin 2024-cü ilin dekabrında AZAL-a məxsus mülki təyyarəmizin Rusiya səmasında vurulması ilə yaranan gərginliyi azaltmağa çalışdığını göstərir". 

Politoloq qeyd edib ki, Azərbaycan bu mövzuda qəti mövqe nümayiş etdirir:

"Azərbaycanın mövqeyi qətidir. Dövlət başçısı dəfələrlə bildirib ki, həmin hadisə ilə bağlı Rusiya faktı etiraf etməli, cinayəti törədənlər cəzalandırılmalı və tam təzminat ödənilməlidir. Bu günədək Azərbaycanın tələblərinə əməl olunmayıb. Buna görə də Azərbaycan-Rusiya liderlərinin görüşündə təyyarə hadisəsi də müzakirə mövzusu ola bilər və Rusiyanın qarşısında duran vəzifələrin icrası yenidən gündəmə gətirilə bilər.

Burada söhbət konkret qrafiklərə əsasən həyata keçirilən mülki uçuşlardan, mülki insanların həlak olması və yaralanmasından gedir. Buna görə də Rusiya öz öhdəliklərinə əməl etməlidir. Cinayəti törədənlərin adları və rütbələri məlumdur, o cümlədən Azərbaycan mediası məlumatları tirajlayıb. Əgər Rusiya istintaq orqanları bu istiqamətdə çətinlik çəkirsə, Azərbaycan qurumları Rusiyaya yardım göstərə bilər. Hadisənin törədilməsindən bir il keçsə də, hələ də lazımı addımlar atılmayıb".

O vurğulayıb ki, Azərbaycan regional əlaqələrin normal olmasında maraqlıdır. Qonşularla normal münasibətlərin qurulmasına önəm verir. Rusiya ilə əməkdaşlığa verdiyi əhəmiyyət də məlumdur. Destruktiv qüvvələrin ortaya çıxmağa çalışdığı dönəmdə belə Azərbaycan münasibətlərdə normal mövqeyi qorumağa çalışıb. Hətta Rusiya rəhbərliyi də bunu etiraf edib və məmnunluğunu bildirib.

“Ötən ilin dekabrında törədilən terror aktından sonra Azərbaycan və Ermənistan ikitərəfli formatda yaxınlaşma istiqamətində uğurlu addımlar atıblar. Əbu-Dabidə ikitərəfli görüş keçirilib və mühüm razılaşmalar imzalanıb. ABŞ-də isə 8 avqustda əldə olunan razılaşmalar əsasında sülhün paraflanması həyata keçirilib. Zəngəzur dəhlizinin reallaşması istiqamətində Bakı və İrəvan qətiyyətli mövqe göstərib. ABŞ tərəfindən marşrutun 99 illik icarəyə verilməsi və 145 milyon dollarlıq maliyyə dəstəyi layihəyə hərəkətlilik qatır”.

Analitikin fikrincə, hadisələr fonunda Rusiya ciddi narahatlıqlar keçirir:

"Bütün bunlar Rusiyanı ciddi şəkildə düşündürür. Xüsusilə də sanksiyalara məruz qalması və Ukraynada çətin vəziyyətlə üzləşməsi fonunda. Oktyabrın 13-14-də Rusiya Baş nazirinin müavini Aleksey Overçukun da Azərbaycana səfəri gözlənilir və Azərbaycan-İran-Rusiya üçtərəfli müzakirələr aparılacaq. Şimal-Cənub və Zəngəzur dəhlizləri müzakirə mövzusu olacaq”.

Politoloq sonda vurğulayıb ki, Rusiya Zəngəzur dəhlizinin region ölkələri və ABŞ tərəfindən dəstəklənməsi fonunda hər hansı rolunun olmayacağından narahatdır. Bu isə Rusiyanı Azərbaycanla münasibətləri bərpa etmək istiqamətində addımlar atmağa vadar edir. Bunun üçün Kreml Azərbaycanın irəli sürdüyü şərtlərə əməl etməli, ötən ilin dekabrında beynəlxalq səviyyədə törədilmiş cinayətin açılması istiqamətində iradə nümayiş etdirməlidir.

Jalə Rövşən 

TodayPress TV

FOTOLAR

İlham Əliyev və Putin görüşdü: Bakı-Moskva xəttində yeni səhifə? — 1
XƏBƏR LENTİ
05 IYUN 2026
20 il eyni yastığa baş qoyub, sonra boşandılar - Azərbaycanda dəhşətli statistika 10:24 Azərbaycan yığması yoxlama oyunları seriyasına başlayır! 10:14 Prezident Azərbaycan minifutbol millisini təbrik etdi 10:06 Qrupun taleyini dəyişə biləcək oyun: Azərbaycan meydana çıxır! 10:02 Polis məmuru oğlunu güllələdi, başında gözlədi - VİDEO 09:55 Azərbaycanlı gimnast Dubayda saxlanıldı – Şeyx şikayət edibmiş 09:49 Açıqlandı: Rusiya 2028-ə qədər Baltik ölkələrinə girəcək 09:43 Ukrayna dayanmır – Luqansk alovlar içində qaldı 09:41 Qonşu ölkə tarixi köklərinə qayıtdı - Qurultay sisteminə keçdi 09:45 Dollar almaq istəyənlərin NƏZƏRİNƏ! 09:36 Debatda maraqlı an: Tatoyan "valerian" gətirdi, Paşinyan isə belə cavab verdi - VİDEO 09:21 İş bitdi: Ukrayna Rus cəbhəsini ikiyə bölür - Milyona yaxın əsgər... 09:08 Çin və Rusiya arasında iplər bir anda qopdu: Si Cinpin Putinə ultimatum yolladı 09:00 ABŞ-nin təyyarədaşıyan gəmisi ciddi zərər gördü - Taleyi necə olacaq? 08:43 Lavrovdan Ermənistan açıqlaması: "Seçim etməlidir" 08:32 ABŞ-dən Rusiyaya sərt zərbə: Sanksiyalar və Ukraynaya milyonlarla dollar yardım 08:26 Ürəyi məhv edən əsas amil açıqlandı 00:37 Tramp dayanmaq bilmir: 70 ildir qalib gələ bilmədiyi dövlətə gözünü dikdi 07:53 Hər gün yaşıl çay içmək hansı nəticələrə gətirib çıxara bilər? 00:35 İranda tanınmış rejissor həbs edildi 23:50 Azərbaycanda bu ölkənin viza müraciət mərkəzi fəaliyyətə başladı 22:21 6 gün Everestdə ac-susuz qaldı - Təsadüfən tapdılar 22:07 Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı - SİYAHI 21:02 Putin: "Rusiyanın Ermənistandan yalnız bir xahişi var" 23:45 Avropa çempionatının ən yaxşı oyunçusu seçildi 00:23 Bütün Xəbərlər