Deputat: “Zəngəzur dəhlizi Azərbaycan-Ermənistan münasibətlərinə töhfə verəcək”

Təhlil

10.08.2025 12:15

“Bütün xarici təhdidlərə rəğmən Zəngəzur dəhlizi tezliklə reallaşacaq”.

TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. 

O, bu prosesin artıq reallaşmaqda olduğu vurğulayıb:

“Zəfərdən sonra Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bildirmişdi ki, Azərbaycanın əsas hissəsinin Naxçıvan Muxtar Respublikasına quru yolla maneəsiz keçidi təmin edilməlidir. Cənab Prezident Zəngəzur dəhlizinin reallaşacağını və bunun sadəcə zaman məsələsi olmasını bəyan etmişdi. Bu artıq reallaşmaqdadır.

Zəngəzur dəhlizinin reallaşması ilə bağlı hansısa ölkələrin və ya qrupların narahatçlığı əbəsdir. Artıq qatar gedib. Zəngəzur dəhlizində də qatar tezliklə hərəkətə başlayacaq”.

Parlamentari Zəngəzur yolunun önəmindən bəhs edib:

“Donald Tramp – Beynəlxalq Sülh və Rifah Yolu adlandırılacaq Zəngəzur dəhlizi yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirməyəcək, həmçinin Asiya ilə Avropanı daha da yaxınlaşdıracaq. Bu Türk Dünyasını birləşdirən dəhlizdir və regionun inkişaf yolu olmaqla yanaşı, Azərbaycan və Ermənistan arasında münasibətlərin qurulmasına töhfə verəcək”.

Qiymət Mahir

tag: Zəngəzur yolu,Vüqar Bayramov,Naxçıvan, İlham Əliyev ,Todaypress.tv,

photo