Ramiz Yunus: “Erməni simvollarının Qarabağdan təmizlənməsi yeni mərhələyə qədəm qoyur”
Təhlil
03.08.2025 09:40
"2021-ci ildə Azərbaycanlı hakimiyyətinin icazəsi olmadan qondarma “rus sülhməramlıları” tərəfindən Xankəndində təxribat xarakterli şəkildə ucadılan İvan Ayvazovskiyə (Ovannes Ayvazyan) aid abidənin sökülməsi və onun “doğma limanına” qaytarılması Kremlpərəst mediada isterikaya səbəb olub".
TodayPress TV xəbər verir ki, Xəzər Universitetinin siyasi elmlər üzrə professoru Ramiz Yunus bunu öz "Facebook" hesabında yazıb.
Onun sözlərinə görə, bu, Azərbaycanın Qarabağ bölgəsinin erməni simvollarından və sovet qaranlığından təmizlənməsi prosesinin yalnız başlanğıcıdır.
"Təbabətdən məlumdur ki, insan orqanizmində metastazlar çox vaxt təcili cərrahi müdaxilə tələb edir və ona görə də erməni “miatsumunun” bu yoluxucu metastazları bir daha heç vaxt uzun müddət əziyyət çəkən Azərbaycan torpağında görünməməsi üçün onları sadəcə olaraq cərrahi yolla kökündən çıxarmaq lazımdır. Bu, Sovet İttifaqından qalan bütün abidələrə, o cümlədən 1967-ci ildə Xankəndində ucaldılmış və qondarma “DQR”in gerbində təsvir edilmiş eybəcər “Baba və nənə” postamentinə aiddir".
Ramiz Yunus bildirib ki, 30 ildən artıqdır ki, bir milyona yaxın azərbaycanlı qaçqının əzab-əziyyətinə göz yumaraq, ATƏT-in Minsk Qrupunun Rusiya, Fransa və ABŞ-ın təmsil olunduğu bütün həmsədrləri tərəfindən ört-basdır edilən Ermənistanın Azərbaycan ərazisinin 20 faizinin işğalına dəstək verən Azərbaycanın bütün dünya düşmənləri bundan sızıldasınlar.
"Şərqdə deyirlər: “İt hürər, karvan keçər”, - deyə o fikrini yekunlaşdırıb.
Türkan İsgəndərli
tag: Ramiz Yunus,Azərbaycan,Ermənistan,Professor,Todaypress.tv,