Beynəlxalq sularda nüvə həyəcan: Rusiya və Koreya nüvə gücünü birləşdirir?

Beynəlxalq sularda nüvə həyəcan: Rusiya və Koreya nüvə gücünü birləşdirir?
30.12.2025 21:00 Təhlil

Rusiya yük gəmisi "Ursa Major" Şimali Koreyaya nüvə reaktorları daşıyarkən İspaniya sahillərinə yaxın beynəlxalq sularda batıb. Gəmidə iki VM-4SG nüvə reaktor başlığı və digər reaktor komponentləri olub, onların nüvə yanacağı olub-olmadığı məlum deyil. İki heyət üzvü itkin düşüb, 14 nəfər xilas edilib. Gəminin təyinat yeri Şimali Koreyanın Rason limanı olub. Rusiya hərbi gəmiləri hadisə yerində nəzarət və kəşfiyyat əməliyyatları aparıb. 

Bəs Rusiya və Şimali Koreya arasında nüvə texnologiyası ticarətini regional təhlükəsizliyə təhdid hesab etmək olarmı?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Elçin Xalidbəyli bildirib ki, Rusiya və Şimali Koreya qlobal təhlükəsizlik üçün ciddi nüvə riski yaradır:

 "Həm Rusiya, həm də Şimali Koreya hazırda qlobal təhlükəsizlik sistemi üçün ciddi problem yaradan dövlətlərdir və ümumiyyətlə, bu iki ölkə qlobal təhlükə mənbəyi hesab olunur. Rusiya Ukraynanı işğal etməklə Avropa ölkələrini müharibə ilə təhdid edir, Şimali Koreya isə bir tərəfdən Rusiyaya Ukraynanın işğalında dəstək verir, digər tərəfdən isə kütləvi qırğın silahları əldə etməklə ABŞ-ni, Yaponiyanı və Cənubi Koreyanı hərbi zərbələrlə təhdid edir. Hər iki ölkə həddindən artıq aqressiv və təhlükəli davranışları ilə diqqət çəkir".

Analitik qeyd edib ki, bu  əməkdaşlıq ciddi qlobal təhlükə yaradır: 

"Buna görə də Rusiya və Şimali Koreyanın müasir nüvə texnologiyaları üzrə əməkdaşlığını və ticarətini bütün dünya üçün böyük təhlükə saymaq olar. Həm Rusiya, həm də Şimali Koreya nüvə dövlətidir və hər an gözlənilməz, proqnozlaşdırılmayan addımlar atmağa qadirdir. Üstəlik, hər iki ölkə beynəlxalq rəqiblərini davamlı olaraq hərbi zərbələrlə təhdid edir, bu isə onların rəqiblərini daim nüvə təhlükəsi qarşısında qoyur. Bu baxımdan demək olar ki, Rusiya və Şimali Koreya nüvə texnologiyası ticarəti ilə əlaqədar yalnız regional deyil, bütün dünya üçün ciddi təhlükə mənbəyidir".

 Jalə Rövşən

XƏBƏR LENTİ
05 IYUN 2026
XİN: Azərbaycan CNN-in əsassız iddialarını qətiyyətlə rədd edir, təkzib tələb edir 14:29 CNN Azərbaycana şər atdı - Mediadan açıqlama gəldi 14:25 Zelenski və Putin görüşü baş tutacaq? 14:24 Кочарян слил данные Баку и погубил около 100 армянских военных 14:24 “Sabah” Avstriyada güc toplayacaq, üç oyuna çıxacaq! 14:22 Ermənistan qızıl zavodlarını Azərbaycana verir- İDDİA 14:20 Haftəsonu planı quranlar DİQQƏT! Bakıda hava... 14:11 5 həmyerlimizin həlak olduğu hücumun ANBAAN GÖRÜNTÜLƏRİ 13:58 Putindən Bakıya qəfil zəng: Tək çarəmiz sizsiniz 13:53 Prezident Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım etdi 13:45 Azərbaycanlı deputatlar Ermənistanda seçici olsaydılar, namizədlərdən tələbləri nələr olardı? 13:22 25 vətəndaşımızın olduğu gəmi bombalandı - 5 nəfər öldü, yaralananlar var 13:29 Xəzər dənizi olmadan Azərbaycan nə edəcək? 13:14 “20 Yanvar”ın taleyi dəyişir? - Bir müddət sonra yenə eyni problem yaranacaq 13:09 KFC müştəriləri “başından etməyə” çalışır - DİQQƏTLİ OLUN! 13:02 Xəzər quruyur - Prezident həyəcan təbili çaldı 12:58 Nurməhəmmədov karyerasının ən vacib qazancını açıqladı! 12:47 Prezident: Təmiz ətraf mühit və “yaşıl artım” hədəfi beş əsas milli prioritetdən biri kimi müəyyən edilib 12:38 Transfer söz-söhbətlərinə son? Kivu Bastoni barədə danışdı! 12:31 300 min azərbaycanlının ayaq səsi İrəvanda eşidildi: Karapetyan say açıqladı 12:26 TƏCİLİ! Bu NATO ölkəsi vuruldu 12:26 Dövlət Agentliyi "Azərişıq"da yoxlamalar aparır - Rəhbər şəxslər cəzalandırıldı 12:19 Prezident beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİ 11:29 İran Azərbaycana qarşı - milyonlarla dollara Nardaranı ayağa qaldırdı və dövlətimizə hücum edildi 11:53 Pley-in həyəcanı: millimiz Litva səddini aşmağa çalışacaq! 11:48 Bütün Xəbərlər