BƏƏ-dən “barıt çəlləyinə kibrit”: ABŞ ilə yeni hərbi plan...

BƏƏ-dən “barıt çəlləyinə kibrit”: ABŞ ilə yeni hərbi plan...
01.04.2026 17:39 Təhlil

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hörmüz boğazını gəmiçiliyə açmaq üçün ABŞ-yə hərbi yardım göstərməyə hazırlaşır. 

"The Wall Street Journal" qəzetinə görə, Əbu-Dabi BMT Təhlükəsizlik Şurasının belə bir addımı təsdiqləyən qətnaməsi üçün lobbiçilik edir. 

Bundan əlavə, BƏƏ diplomatları Avropa və Asiya ölkələrini Hörmüz boğazından naviqasiya azadlığını təmin etmək üçün koalisiya yaratmağa çağırırlar.

Maraqlıdır, BƏƏ-nin bu addımı Yaxın Şərqdə hansı proseslərə səbəb olacaq?

Məsələ ilə bağlı TodayPress TV-də danışan politoloq Anar İsayev bunun region üçün ciddi geosiyasi nəticələr doğura biləcəyini deyib:


“BƏƏ-nin belə bir addımı əslində təkcə Hörmüz boğazı ilə bağlı texniki məsələ deyil. Bu, regionda güc balansına, təhlükəsizlik arxitekturasına və böyük güclərin qarşıdurmasına birbaşa təsir edən strateji qərardır. Hörmüz boğazı İran üçün “qırmızı xətt” sayılır. BƏƏ-nin ABŞ ilə birlikdə hərbi şəkildə gəmiçiliyi qorumağa çalışması Tehranda İranın suverenliyinə və təsir zonasına müdaxilə, ABŞ-nin regionda hərbi mövcudluğunu artırmaq cəhdi kimi qəbul ediləcək. Bu isə İranın hərbi cavab riskini artıra bilər (məsələn, pilotsuz aparat hücumları, mina yerləşdirmə, tanker insidentləri), eyni zamanda proksi qüvvələr (Yəməndə husilər, İraqda şiə milislər) vasitəsilə təzyiqin artmasına səbəb ola bilər”. 

Analitik, həmçinin əlavə edib ki, bu, körfəz ölkələri daxilində parçalanma da yarada bilər:

“Bütün ərəb ölkələri bu addımı eyni şəkildə dəstəkləmir. Belə ki, Səudiyyə Ərəbistanı bu plana ehtiyatlı dəstək verə bilər, amma birbaşa eskalasiyadan çəkinir. Qətər və Oman daha neytral xətt saxlayır və İranla dialoqa üstünlük verir. Bu isə öz növbəsində Körfəz Əməkdaşlıq Şurasında fikir ayrılıqlarını dərinləşdirə bilər.

Lobbiçilik məsələsinə gəldikdə, əgər BƏƏ uğurlu lobbiçilik aparsa, ABŞ, Böyük Britaniya, Fransa kimi ölkələr artıq mövcud olan dəniz missiyalarını genişləndirə bilər. Yaponiya, Cənubi Koreya, Hindistan kimi enerji asılı ölkələr də dolayı şəkildə qoşula bilər. Amma Çin və Rusiya ehtimal ki, buna qarşı çıxacaq və ya alternativ təhlükəsizlik mexanizmləri təklif edəcək”.

Anar İsayevin fikrincə, BƏƏ-nin bu təşəbbüsü, əslində, naviqasiya azadlığını qorumaq məqsədi daşısa da, əksinə, regionu daha təhlükəli vəziyyətə gətirə və İranı daha sərt addımlar atmağa sövq edə bilər.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUN 2026
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür 08:53 SEPAH ABŞ zərbəsinə sərt cavab verdi 08:41 Mehriban Əliyeva uşaqları təbrik etdi 08:34 Prezident 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi 08:30 ABŞ ordusu İran ərazisində hərbi hədəfləri vurdu 08:23 Hansı meyvə şirələrini alkoqolla qarışdırmaq olmaz? - Həkimdən xəbərdarlıq 22:37 Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır 22:29 Yeddi komandanın hər biri mövsüm ərzində 100 milyon avrodan çox pul qazandı 22:23 NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasında mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Bütün Xəbərlər