“Azərbaycan Qazaxıstandan obyektiv mövqe gözləyir” - Politoloq Aktaudakı qəzadan DANIŞDI
Təhlil
08.08.2025 14:50
“Qazaxıstanın Aktau yaxınlığında “Azerbaijan Airlines”a (AZAL) məxsus təyyarənin qəzası ilə bağlı açıqlayacağı məqamlar həm Qazaxıstan–Azərbaycan, həm də Qazaxıstan–Rusiya münasibətlərinin gələcəyi üçün vacib olacaq”.
Politoloq Kamran Sultanlı bunu TodayPress TV-yə açıqlamasında deyib.
O, bu məsələdə Qazaxıstan tərəfinin obyektiv davranacağını düşünür:
“Qazaxıstan burada balansı qorumağı yox, obyektiv sübutları açıqlamalıdır. Xüsusilə Azərbaycan Prezidenti İlham Əliyevin açıq və davamlı mövqeyindən, həmçinin Azərbaycanda olan sübutlardan sonra Qazaxıstanın qeyri-obyektiv davranacağına dair sübutlar azdır. Ona görə də Azərbaycan Qazaxıstandan obyektiv və detallı mövqe gözləyir. Rəsmi Astana açıq və davamlı mövqeyini ifadə edəcək. Bu da Rusiyaya təzyiq üçün önəmli bir addım olacaq”.
Qeyd edək ki, Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev bildirib ki, Aktau yaxınlığında “Azerbaijan Airlines”a (AZAL) məxsus təyyarənin qəzası ilə bağlı yekun hesabat bir neçə aydan sonra hazır olacaq.
Qiymət Mahir
tag: Kamran Sultanlı,Politoloq,Aktau,Qəza,Todaypress.tv,
