Azərbaycan Prezidenti Nyu-Yorkdadır - Tarixi çıxış GÖZLƏNİLİR!
Təhlil
23.09.2025 00:35
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı olduqca əhəmiyyətlidir".
Politoloq Zeynal Əmrəliyev bunu TodayPress TV-yə açıqlamasında deyib.
O bildirib ki, hazırda Azərbaycan sülhə töhfə verən, humanizmi dəstəkləyən ölkə kimi dünya miqyasında diqqət mərkəzindədir:
"Ölkəmiz qlobal əhəmiyyətli məsələlərdə aktiv rol oynayır. Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə və COP29 tədbirində Azərbaycanın sərgilədiyi mövqe regional sabitlik və sülhün bərpası istiqamətində əhəmiyyətli addım kimi qiymətləndirilir. Buna görə də Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı mühüm hadisədir. Onun dünya ictimaiyyətinə ünvanlayacağı çıxışda Azərbaycanın qlobal problemlərə dair mövqeyini açıqlaması gözlənilir".
Analitik Azərbaycanın separatizmin kökünü kəsmiş, terrorçuluğa son qoymuş və narkotik tranzitinin qarşısını alan ilk ölkələrdən biri kimi beynəlxalq miqyasda mühüm rol oynadığını ifadə edib. Ölkəmiz, həmçinin iqlim böhranına qarşı da fəal mövqe sərgiləyir.
"Beləliklə, dövlətimizin başçısının BMT Baş Assambleyasındakı çıxışı dünya ictimaiyyətinin diqqət mərkəzində olacaq və ən maraqlı, ən çox gözlənilən çıxışlardan biri kimi tarixə düşəcək", - deyə Z.Əmrəliyev fikrini yekunlaşdırıb.
Qeyd edək ki, sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə işgüzar səfərə gəlib.
Qiymət Mahir
tag: Azərbaycan,Nyu-York,İlham Əliyev,ABŞ,Todaypress.tv,
