Avropaya uzaq Kremlə yaxın: Orban niyə Putinin sözçüsü kimi çıxış edir?
Təhlil
31.10.2025 12:19
"Bu gün Viktor Orban Avropada sanki Putinin sözçüsü kimi çıxış edir. Lakin əgər Rusiya Ukraynada üstünlük əldə etsə, nəticədə Macarıstanın özü də Moskvanın təsiri altına düşə bilər".
Politoloq Məhəmməd Əsədullazadə bunu TodayPress TV-yə şərhində bildirib.
O vurğulayıb ki, Avropa İttifaqının (Aİ) daxilində Macarıstanın Ukraynaya dəstək verməməsi və İttifaqın Kiyevə yönəlik yardımlarına veto qoyması proseslərin gərgin istiqamətdə davam etməsinə səbəb olur.
"Budapeşt hazırda Rusiya ilə aktiv danışıqlar aparır, əməkdaşlıq siyasəti yürüdür və Ukraynaya qarşı alternativ blok formalaşdırmağa çalışır. Macarıstanın Baş naziri Viktor Orbanın tutduğu bu siyasi xətt, əslində, Aİ-nin və ümumilikdə Qərb alyansının maraqlarına ziddir", - deyə analitik açıqlayıb.
Onun sözlərinə görə, bu istiqamətə Slovakiya və ya Serbiya da qoşula bilər, lakin Macarıstanın mövcud siyasəti, xüsusilə Orbanın ritorikası ölkə üçün əlavə problemlər yarada bilər. Belə ki, Aİ Macarıstanla bağlı ciddi və sərt qərarlar qəbul etməyə hazırlaşa bilər. Hətta ölkənin İttifaq daxilində kollegial səsvermədə iştirak hüququnun məhdudlaşdırılması da gündəmdədir. Yəni, proseslərin inkişafı Macarıstanın əleyhinə yönələ bilər.
Siyasi şərhçi hesab edir ki, Orbanın həyata keçirdiyi siyasət Kremlin narrativləri ilə üst-üstə düşür. Bunun əsas səbəblərindən biri də Macarıstanın enerji baxımından – neft və qaz təchizatında Rusiyadan asılı olmasıdır.
"Orbanın yürütməkdə olduğu bu xəttin uzunmüddətli perspektivdə Macarıstan üçün uğursuz nəticələr doğuracağı ehtimal olunur", - deyə M.Əsədullazadə fikrini yekulaşdırıb.
Qeyd edək ki, Macarıstan Avropa İttifaqı daxilində Ukraynaya şübhə ilə yanaşan alyans yaratmaq istəyir. Baş nazir Viktor Orbanın müşaviri Balazs Orban, Aİ-də belə bir blokun yaranma ehtimalını qiymətləndirərkən bildirib ki, bunun baş verməsi qaçınılmazdır.
Aysel Mətləb
tag: Məhəmməd Əsədullazadə,Politoloq,Viktor Orban,Kreml,Todaypress.tv,
 
                                             
        
 
                                ![[[Bəhruz Məhərrəmov:]] "Rusiya repressiya təfəkküründən qopa bilməyib"](/uploads/news/6861154c5a4bd.webp) 
                                            ![Suriyanın sivil dünyaya inteqrasiyası: [[ABŞ və Aİ prosesdə]]](/uploads/news/68396c9c1762f.webp) 
                                            ![[[Sabiq XİN rəhbəri “Mehdiyev işi” barədə:]] “Bu dairələrə kimin haqlı olması maraqlı deyil”](/uploads/news/68f60ad73b792.webp) 
                                            ![Nikolun Türkiyə səfəri: [["Ərdoğan bu fikri Paşinyanın diqqətinə çatdıracaq” - ŞƏRH]]](/uploads/news/685566d5c7754.webp) 
                                            ![“Avroüçlük” Tehrana qarşı hərəkətə keçdi: [[“Əgər İran onlarla razılaşmasa…” – Politoloq EHTİMALLARDAN DANIŞDI]]](/uploads/news/68a31d8369fb9.webp) 
                                            ![İran-İsrail qarşıdurmasında [[İQTİSADİ RİSKLƏR]]](/uploads/news/684c0863c13b6.webp) 
                                            ![Rusiya Azərbaycanın diaspora nümayəndələrinə qarşı:  [[Məqsəd nədir?]]](/uploads/news/687a141d1f4d6.webp) 
                                            ![[[Müttəfiq rəqiblər:]] Dünya düzənini formalaşdıran siyasət](/uploads/news/68e90abca29a7.webp) 
                                            ![İşğal və dostluq bir yerdə mümkün deyil [[- Putin birini seçməlidir!]]](/uploads/news/6836e0820fa23.webp) 
                                            ![Liderlər yenidən görüşür: [["Zelenskinin hədəfi real zəmanətlərdir" - DEPUTAT]]](/uploads/news/68b57a4b08c78.webp) 
                                            