ABŞ "hədəf taxtasına" əyləşmək istəmədi…- ŞƏRH
Təhlil
13.06.2025 17:23
"ABŞ-nin verdiyi yüksək texnoloji hərbi dəstək onun İsrail-İran eskalasiyasında iştirakının bariz sübutudur".
Sosial Tədqiqatlar Mərkəzinin Media və Kommunikasiya Departamentinin rəhbəri Əziz Əlibəyli bunu TodayPress TV-yə açıqlamasında deyib.
O, ABŞ-nin İsrail-İran münaqişəsindəki rolunu şərh edib:
"Hər şeyi İsrail etmiş kimi" göstərmək ABŞ-nin bölgədəki planlarına aiddir. Çünki özü "hədəf taxtasına" əyləşmək istəmədi. İranla danışıqlara təşəbbüs göstərmək, İsraili İran əleyhinə əməliyyatlardan çəkindirmək kimi faktoloji baza yaradılma görüntüsü verildi, amma nəticəsi olmadı. Nəticə etibarı ilə hamı bildi ki, prosesləri idarə edən ABŞ-dir. İsrailin belə planının olması suallar doğurur".
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bildirib ki, əgər İran öz obyektlərinə endirilmiş zərbələrə cavab verməyə cəhd edərsə, ABŞ həm özünü, həm də İsraili müdafiə edəcək.
Qiymət Mahir
tag: Əziz Əlibəyli,Ekspert,ABŞ,İsrail,Todaypress.tv,
