ABŞ Ermənistan səfirini təcili geri çağırdı: Vaşinqton-İrəvan xəttində yeni dalğa

ABŞ Ermənistan səfirini təcili geri çağırdı: Vaşinqton-İrəvan xəttində yeni dalğa
22.12.2025 13:56 Təhlil

ABŞ Prezidenti Donald Trampın administrasiyası Ermənistan da daxil olmaqla təxminən 30 ölkədəki səfirləri və yüksək rütbəli diplomatları geri çağırmaq qərarı verib. Məlumata görə, bu diplomatların səlahiyyət müddəti 2026-cı ilin yanvarında başa çatacaq və onların hamısı əvvəlki administrasiya dövründə təyin olunub. Qərarın Trampın “Öncə Amerika” siyasi xəttinə uyğun kadr dəyişiklikləri ilə bağlı olduğu bildirilir. Dövlət Departamenti isə bunu administrasiyalar dəyişdikdə tətbiq edilən adi prosedur kimi qiymətləndirir.

Maraqlıdır,  bu qərar Ermənistanın ABŞ ilə  siyasi-diplomatik münasibətlərinə və regiondakı beynəlxalq mövqeyinə hansı təsirləri göstərə bilər?

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi analitik Abutalıb Səmədov bildirib ki, Trampın andiçməsindən sonra 30-a yaxın səfir yeni strategiyaya uyğun təyin olunur:


"Trampın andiçmə mərasimindən sonra ABŞ administrasiyasında idarəetmə və nəzarət mexanizmləri yenidən quruldu. Sonrakı dövrdə bu proses davam etdirildi və hazırda 30-a yaxın yeni səfirin təyinatı ABŞ-nin yenilənmiş təhlükəsizlik strategiyasına uyğun şəkildə həyata keçirilir".

Ekspert qeyd edib ki, Cozef Baydenin səfiri Laçın aksiyalarında və Qarabağ mövzusunda fəal idi:

"C.Bayden administrasiyası dövründə, 2023-cü ilin fevralında Ermənistana təyin olunan səfir Vaşinqtonun İrəvana münasibətdə yürütdüyü siyasətə xidmət edirdi. Bu siyasətin əsasında isə münaqişə məntiqi dayanırdı. Laçın dəhlizi ilə bağlı aksiyalarda fəal iştirak, Qarabağda erməni separatizminin gündəmdə saxlanılması və Azərbaycan qanunları ilə ziddiyyət təşkil edən mövqelər ABŞ səfirinin fəaliyyətinin əsas istiqamətləri idi".

Onun sözlərinə görə, Ermənistan Baş naziri Nikol Paşinyan “dördüncü respublika” ilə münaqişədən imtina xəttini irəli sürür:

"Artıq Tramp administrasiyasının regiona baxışı dəyişib və yeni təhlükəsizlik strategiyası qəbul olunub. Paralel olaraq, Nikol Paşinyan da “dördüncü respublika” konsepsiyasını irəli sürüb. Bu yanaşma qonşularla münaqişə məntiqinə əsaslanan modeldən imtinanı, sülhə əsaslanan yeni dövlət quruluşunun formalaşdırılmasını nəzərdə tutur. Buraya yeni konstitusiyanın qəbulu, qonşulara ərazi iddialarından imtina və Qarabağ mövzusunda separatizmin tamamilə aradan qaldırılması daxildir. Paşinyan açıq şəkildə bildirib ki, ermənilərin Qarabağa qayıdışı məsələsi artıq gündəmdə olmayacaq".

Analitik qeyd edib ki, yeni təyin olunacaq səfirin də məhz bu sülh məntiqinə, “dördüncü respublika”nın hüquqi-siyasi çərçivəsinə xidmət edəcəyi gözlənilir. Zəngəzur dəhlizinin açılması istiqamətində proseslərin gələn ilin ortalarından sürətlənəcəyi, Azərbaycan və Türkiyə ilə münasibətlərdə yeni mərhələnin başlanacağı ehtimal olunur. Bu isə regionun yaxın perspektivdə sülh və inkişaf məkanına çevrilməsinə zəmin yarada bilər.

A.Səmədov, həmçinin bildirib ki, ABŞ Ermənistanla münasibətləri  yenidən qurmaq istəyir:

"Ermənistan–ABŞ münasibətləri də yeni əsaslar üzərində qurulacaq. Vaşinqton regionda sabitliyə və əməkdaşlığa mane olan siyasətləri dəstəkləməyəcək və Ermənistanı bu istiqamətdə təşviq etməyəcək. Bu yanaşma həm Ermənistanın, həm Azərbaycanın, həm Türkiyənin, həm də ABŞ-nin maraqlarına uyğun gəlir və ABŞ-nin regiondakı nüfuzunun konstruktiv şəkildə artmasına hesablanıb".

Analitik sonda əlavə edib ki, yeni səfirin fəaliyyəti ölkədaxili çəkisinin azalmasına deyil, ABŞ diplomatiyasının nüfuzunun artmasına xidmət etməlidir. Gözləntilər ondan ibarətdir ki, gələn ildən bu proses daha da intensivləşəcək və Tramp administrasiyasının atdığı addımlar həm Ermənistan hökuməti, həm də ABŞ rəhbərliyi ilə koordinasiyalı şəkildə həyata keçiriləcək.  

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
05 IYUN 2026
300 min azərbaycanlının ayaq səsi İrəvanda eşidildi: Karapetyan say açıqladı 12:26 TƏCİLİ! Bu NATO ölkəsi vuruldu 12:26 Dövlət Agentliyi "Azərişıq"da yoxlamalar aparır - Rəhbər şəxslər cəzalandırıldı 12:19 Prezident beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİ 11:29 İran Azərbaycana qarşı - milyonlarla dollara Nardaranı ayağa qaldırdı və dövlətimizə hücum edildi 11:53 Pley-in həyəcanı: millimiz Litva səddini aşmağa çalışacaq! 11:48 Bu şəxslərə hərbi xidmət dövründə müavinət ödəniləcək 11:43 Azərbaycan Danimarkanı təbrik etdi 11:35 Türk blogerin "Laçın boşalıb" videosundakı təxribata cavab: "Bu qədər adam "Mars"dan gəlib?" 11:24 Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var 11:16 Amerika təzə tabutlar sifariş etdi: İranda çox danışanlar siyahı üzrə vurulacaq 11:14 NHL tarixində ilk dəfə: finalın ilk iki oyunu rekordla yadda qaldı! 11:13 Milli Məclisin növbədənkənar sessiyası başladı - Nələr müzakirə ediləcək? 11:09 Madrid nəhənginin yeni hədəfi bəlli oldu – Kalafyori! 10:58 Kiyev səhəri partlayışla açdı 10:54 Omana hücum: Neft terminalını göyə uçurdular 10:49 Mourinyo deyil: “Real” üçün sürpriz namizəd Klopp göstərildi! 10:40 Rusiya və İran təşvişdə - İranın Zəngəzur dəhlizinə gücü çatmadı 10:35 20 il eyni yastığa baş qoyub, sonra boşandılar - Azərbaycanda dəhşətli statistika 10:24 Azərbaycan yığması yoxlama oyunları seriyasına başlayır! 10:14 Prezident Azərbaycan minifutbol millisini təbrik etdi 10:06 Qrupun taleyini dəyişə biləcək oyun: Azərbaycan meydana çıxır! 10:02 Polis məmuru oğlunu güllələdi, başında gözlədi - VİDEO 09:55 Azərbaycanlı gimnast Dubayda saxlanıldı – Şeyx şikayət edibmiş 09:49 Açıqlandı: Rusiya 2028-ə qədər Baltik ölkələrinə girəcək 09:43 Bütün Xəbərlər