Yer kürəsində maqnit qasırğası başladı
Hazırda Yer kürəsində zəif və orta gücdə maqnit fırtınaları başlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu məlumat yayıb.
Alimlər bildirir ki, geomaqnit vəziyyət proqnoza uyğun inkişaf edir və G1–G2 diapazonunda pozuntular qeydə alınır. Bu cür fırtınalar əsasən zəif təsirli hesab olunur.
Mütəxəssislərin sözlərinə görə, qaranlıq saatlarda qütb parıltısının görünməsi ehtimalı var. Geomaqnit vəziyyətin 20 apreldə sabitləşəcəyi gözlənilir.
Qeyd edək ki, bu proses Günəşdəki koronal dəlikdən gələn sürətli günəş küləyi ilə əlaqələndirilir.
Türkan İsgəndərli