Xocalıda tekstil evi açıldı

Xocalıda tekstil evi açıldı
30.05.2026 01:00 Sosial

İşğaldan azad olunmuş ərazilərdə yeni istehsal müəssisələrinin qurulması və əhalinin məşğulluğunun təmin edilməsi dövlətin əsas prioritetlərindən biridir. Mayın 28-də Prezident İlham Əliyevin iştirakı ilə Xocalı şəhərində açılışı olan “Qarabağ Tekstil Evi” Məhdud Məsuliyyətli Cəmiyyətində 85 nəfər daimi işlə təmin olunub.

TodayPress TV xəbər verir ki, Türkiyə və Çin texnologiyalarının quraşdırıldığı müəssisədə il ərzində 1,4 milyon ədəd tekstil məhsulu istehsal olunacaq.

“Qarabağ Tekstil Evi” MMC-nin təsisçisi Rizvan Təhməzov jurnalistlərə açıqlamasında bildirib ki, ilkin mərhələdə müəssisədə müxtəlif çeşiddə və ölçülərdə ev tekstili məhsulları, o cümlədən yataq dəsti, çarpayı və divan örtüyü, dəsmal və digər məhsulların istehsalı nəzərdə tutulur. Xammal tədarükü əsasən daxili bazar hesabına təmin ediləcək müəssisəyə, eyni zamanda, Türkiyə, Özbəkistan və Çindən də xammal idxal olunacaq. Müəssisənin məhsulları daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac da ediləcək.

O deyib ki, müəssisədə işlə təmin olunanlar əsasən işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşlardır. Bununla yanaşı, Xocalı və Ağdam rayonlarının 40 sakini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə təşkil edilən 2 aylıq peşə təliminə cəlb olunacaq. Təlim proqramını uğurla başa vuran iştirakçılar müəssisədə işlə təmin ediləcəklər. Gələcəkdə iş yerlərinin sayının 200-ə çatdırılması, əlavə olaraq geyim istehsalının təşkili planlaşdırılır.

İstehsal müəssisəsinin ilkin investisiya dəyəri 4,2 milyon manatdır. Onun yaradılmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 3,2 milyon manat məbləğində güzəştli kredit ayrılıb, 1 milyon manat isə özəl investisiya yönləndirilib. Müəssisə işğaldan azad edilmiş ərazilərin rezidentləri üçün nəzərdə tutulan bütün güzəşt və azadolmalardan yararlanacaq.

Qeyd edək ki, Xocalıda “Qarabağ Tekstil Evi” MMC-nin fəaliyyətə başlaması ölkəmizdə sənayenin inkişafına, yerli istehsalın və ixrac potensialının genişləndirilməsinə, idxaldan asılılığın azaldılmasına töhfə verəcək, işğaldan azad edilmiş ərazilərdə məşğulluğun artırılmasına şərait yaradacaq. Ümumilikdə işğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün əlverişli investisiya və biznes mühiti yaradılıb ki, bu da regionda iqtisadi fəaliyyətin genişlənməsinə və dayanıqlı inkişafın təmin olunmasına xidmət edir. İşğaldan azad edilmiş ərazilərin rezidentləri üçün geniş vergi, gömrük və sosial güzəştlər tətbiq olunur.

TodayPress TV

XƏBƏR LENTİ
02 IYUN 2026
Sərhəddə "Kahı əməliyyatı" - 23 kq-ya yaxın narkotik... 11:06 Futbol dünyasının ən güclü məşqçiləri bəlli oldu 11:02 Nikol Paşinyan Azərbaycana 4-5 milyard dollar dəyərində silah verib - nə üzlə səs istəyir? 11:00 Azərbaycan XİN İtaliyanı Milli Günü münasibətilə təbrik etdi 10:51 Qazaxıstanı keçən millimiz indi Çexiyanı hədəfləyir 10:43 İran qarışıb, hakimiyyət çöküb - Prezidenti divara sıxıblar, SEPAH sərhəd tanımır 10:39 Azərbaycan onu gözləyir: Tramp yeni elçisini göndərir 10:37 Hamının yolunu gözlədiyi yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq 10:30 Osaka öz etirafı ilə gündəm oldu: artıq üzülmürəm 10:22 Yaxın Şərqdə "qırğın" gedir, Trampın Netanyahuya demədiyi qalmadı - Dünya diplomatik skandalı belə izləyir... 10:16 Ukrayna Qərbi sıxışdırdı– Kiyevdən yeni xəbərdarlıq 10:10 Bina və hündür ağaclardan uzaq durun - FHN-dən XƏBƏRDARLIQ! 10:07 Arteta böyük dəyişikliklərə hazırlaşır: transfer planı açıqlandı 10:17 DİM-dən abituriyentlərə MÜRACİƏT - Qabilliyət imtahanları... 09:58 Dəmir Yollarından ictimaiyyətə müraciət - ÖLƏN VAR 09:50 Yeni mövsümü planlaşdırırdı, amma istefa xəbəri aldı 09:44 Mobil telefon kimi top: Mundialın ən maraqlı yeniliyi 09:38 Təbii qazın dəyəri artdı 09:36 Neft qiymətləri ucuzlaşdı - Son Rəqəmlər! 09:20 Rusiya Kiyevi yer üzündən silir - Gecə boyunca zərbələr davam edir - VİDEO 09:09 ABŞ-nin təzə qurbanı OMAN: Bu dəfə İranın nişangahında 09:02 NASA-dan yadplanetlilərin cəsədləri ilə bağlı AÇIQLAMA 08:45 Sürücülərin NƏZƏRİNƏ - Bu yollar... 08:32 "İlski" neft emalı zavoduna hücum - Anbaan görüntülər 08:28 Dişlərin qaralmasını dayandırmaq mümkündürmü? - Mütəxəssis rəyi 23:45 Bütün Xəbərlər