Taksilərə hava limanından şəhərə daşınma qadağan edilib? - AÇIQLANDI
Sosial
09.09.2025 13:24
“Heydər Əliyev Beynəlxalq Hava Limanından şəhər istiqamətində taksi sifarişlərinə məhdudiyyətin qoyulduğu iddiasının heç bir hüquqi əsası yoxdur”.
Nəqliyyat eksperti İlqar Hüseynov bunu TodayPress TV-yə açıqlamasında bildirib.
O vurğulayıb ki, bu, qeyri-rəsmi inhisarçılıq və ya hüquqi qüvvədə olmayan tapşırıq kimi qəbul oluna bilər:
“Uber”, “Bolt”, həmçinin Azərbaycan Respublikasının ərazisində sərnişindaşıma xidməti göstərən bütün fiziki şəxslər hüquqi olaraq ölkənin istənilən yerindən sərnişini götürmək və onu təyinat yerinə çatdırmaq hüququna malikdirlər. Konstitusiya ilə təmin edilmiş hüquqi səlahiyyətləri olan şəxslərə qarşı belə məhdudiyyətlər qoymaq mümkün deyil”.
Mütəxəssis hesab edir ki, bu məsələdə yalnız müəyyən şəxslərin fikirləri və ya iddiaları mövcuddur. Bu barədə ciddi açıqlamalar, rəsmi və hüquqi sənəd, qanun və ya digər normativ akt qəbul edilməyib. Buna görə də, belə bir məhdudiyyətin tətbiq olunması mümkünsüzdür.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Hava Limanından şəhər istiqamətində taksi sifarişlərinə məhdudiyyətin qoyulduğu iddia olunur. Xəbərdarlığın “Uber”, “Bolt” və tətbiqlə sifariş qəbul edən digər sürücülərə göndərildiyi bildirilir. Məlumatda deyilib ki, sentyabrın 9-dan hava limanı istiqamətinə taksi sifarişi mümkün olsa da, hava limanından şəhər istiqamətinə qəbul edilməyəcək. Həmçinin şirkət tərəfindən də sifarişlər olmayacaq.
Aysel Mətləb
tag: İlqar Hüseynov,Ekspert,Taksi,Hava Limanı,Todaypress.tv,
