Səfirlik: Rasim Balayevin cənazəsinin Vətənə göndərilməsi üçün bütün lazımi prosedurlara başlanılıb

Səfirlik: Rasim Balayevin cənazəsinin Vətənə göndərilməsi üçün bütün lazımi prosedurlara başlanılıb
29.03.2026 15:08 Cəmiyyət

Bu gün İstanbulda müalicə aldığı xəstəxanada vəfat edən Xalq artisti Rasim Balayevin cənazəsinin Vətənə göndərilməsi üçün Azərbaycan dövləti tərəfindən lazımi bütün prosedurlara başlanılıb.

Bu barədə TodayPress TV-yə Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.

Qeyd edilib ki, Türkiyədə lazımi prosedurlar həyata keçirildikdən sonra cənazə Vətənə yola salınacaq. Səfirlik və Azərbaycanın İstanbuldakı baş konsulluğu tərəfindən Rasim Balayevin ailəsi ilə mütəmadi olaraq əlaqə saxlanılır, bütün lazımi dəstək göstərilir.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər