SXA hazırda 78 repatriantla sosial reabilitasiya işi aparır

SXA hazırda 78 repatriantla sosial reabilitasiya işi aparır
04.09.2025 11:21 Sosial

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən hazırda 78 repatriantla sosial reabilitasiya işi aparılır.

Bu barədə TodayPress TV-yə ƏƏSMN-dən məlumat verilib.

Ölkəmizə repatriasiya olunmuş hər bir şəxsin ilk növbədə sosial-psixoloji qiymətləndirilməsi aparılaraq, sosial reabilitasiya planı hazırlanır. Bu plan üzrə sosial işçi və psixoloqlar tərəfindən sosial reabilitasiya prosesi həyata keçirilir.

Agentlik ümumiilikdə ötən dövrdə 560 repatriantı sosial reabilitasiya xidmətlərinə cəlb edib.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər