Saç tökülməsinin gizli səbəbi

Saç tökülməsinin gizli səbəbi
17.05.2026 07:00 Sosial

Yaş saçlar yüksək elastikliyinə görə qırılmağa daha meyillidir və zədələnməyə çox məruz qalır. Bu səbəbdən saçların ən azı 70%-i qurumadan onları daramaq məsləhət görülmür.

TodayPress TV xəbər verir ki, bu barədə bioloq İrina Lyalina "Gazeta.ru" nəşrinə açıqlamasında bildirib.

"Yaş halda saçların daranması tövsiyə edilmir, çünki bu, tellərin zədələnməsi ilə nəticələnə bilər. İslanan zaman saçın strukturu dəyişikliyə uğrayır: xarici təbəqə olan kutikula qalxır, saçın özü isə daha elastik və yumşaq olur. Belə vəziyyətdə saç asanlıqla dartılır və qırılır", - deyə mütəxəssis xəbərdarlıq edib.

Onun sözlərinə görə, nəm saç mexaniki təsirlərə qarşı müqavimətini itirir və daraqla edilən sərt hərəkət onu asanlıqla qopara bilər. Ən yaxşı halda saçların daranmasına onların 70-80%-i quruduqdan sonra başlamaq lazımdır.

Ekspert əlavə edib ki, çox qalın və ya qıvrım saçları olanlar yalnız seyrək dişli daraqdan və mütləq şəkildə kondisioner-spreydən istifadə etməlidirlər.

TodayPress TV

XƏBƏR LENTİ
02 IYUN 2026
Türkiyə millisi Dünya Çempionatı üçün ABŞ-yə yola düşdü 22:32 Bu ölkə məktəblərdə telefondan istifadəni qadağan etdi 21:00 Bakıda güclü külək binanın fasadını uçurtdu – VİDEO 20:50 "Danışıqlar fasiləsiz davam edir" - Tramp bəyan etdi 21:40 Hörmüz boğazının bağlanmasının ağır nəticələri açıqlandı 20:38 İsrail və Livanda nə baş verir? 21:25 Gənc avarçəkənlərimiz Qazaxıstanda tam heyətlə medal qazandılar 21:15 Bakı daha bir mühüm tədbirə ev sahibliyi edəcək 20:27 Türkiyədən Yaxın Şərqlə bağlı diqqətçəkən açıqlama: "İsrail sabitliyə can atmır" 18:45 "Bütün dünya buna qarşıdır" - Rubio İrana qarşı beynəlxalq mövqedən danışdı 20:23 ABŞ kəşfiyyatında yeni dövr: Trampdan mühüm təyinat 18:59 İran iqtisadiyyatı SOS siqnalı verir: 1942-ci ildən bəri ən ağır inflyasiya 20:19 Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdilər - YENİLƏNDİ 19:42 Əfqanıstanın Baş naziri İlham Əliyevi təbrik etdi 20:08 Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsində vəsatətlərə baxıldı 20:02 Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə oldu 19:54 İsrail döyüş təyyarələri yenidən Nəbatiyyəni hədəfə aldı - VİDEO 19:52 "İrandakı rejim parçalanmış vəziyyətdədir" - Rubio 19:38 Sahibə Qafarova Serbiyada gender bərabərliyinin təmin edilməsinin vacibliyindən danışdı 19:27 Milli Məclisdə Türkiyə nümayəndə heyəti ilə görüş keçirildi 19:19 Bakı Dünya Kubokuna hazırlaşır: Su İdmanı Sarayında müvəqqəti dəyişikliklər 19:09 Məsud Pezeşkian Azərbaycan Prezidentini təbrik etdi 19:02 Rusiya və Tanzaniya liderləri bir araya gəlir 18:53 AGF-də mühüm qərarlar: Komitəyə yeni üzvlər seçildi 18:21 Tramp NATO Sammitində iştirak edəcək? - Hakan Fidan açıqladı 18:37 Bütün Xəbərlər