Rusiyalı həkim ağız quruluğunun səbəblərini sadaladı

Rusiyalı həkim ağız quruluğunun səbəblərini sadaladı
30.05.2026 06:00 Sosial

"Ağız quruluğunun əsas səbəblərindən biri qidalanmada kofeinin həddindən artıq olmasıdır".

TodayPress TV Lenta.ru-ya istinadən xəbər verir ki, bunu rusiyalı həkim Olqa Ulankina sağlam insanlarda ağız quruluğunun - kserostomiyanın yaranması səbəblərindən danışarkən deyib.

Mütəxəssisin sözlərinə görə, qəhvə və tünd çay yüngül sidikqovucu təsirə malikdir. Bu içkilər böyrəklər vasitəsilə orqanizmdən mayenin xaric olunmasını sürətləndirir ki, nəticədə toxumalardakı ümumi su həcmi müvəqqəti azalır.

"Qəhvə, tünd çay qəbulu, az su içilməsi və susuzlaşma zamanı tüpürcək vəziləri tüpürcək istehsalını azaldır. Bu mexanizm müvəqqətidir: su içdikdən sonra tüpürcək ifrazı yenidən normaya qayıdır", - deyə həkim açıqlamasında bildirib.

Ulankina əlavə edib ki, insanın yuxu zamanı ağızla nəfəs alması və ya istilik mövsümündə quru havalı otaqda yatması da ağız quruluğuna səbəb ola bilər. Onun sözlərinə görə, belə hallarda hava nəmləndiricisi və burunla nəfəs alma vərdişi problemi aradan qaldırmağa kömək edir.

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUN 2026
Prezident 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi 08:30 ABŞ ordusu İran ərazisində hərbi hədəfləri vurdu 08:23 Hansı meyvə şirələrini alkoqolla qarışdırmaq olmaz? - Həkimdən xəbərdarlıq 22:37 Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır 22:29 Yeddi komanda mövsüm ərzində hərəsinə 100 milyon avrodan çox pul qazanıb 22:23 NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Bütün Xəbərlər