Naxçıvanda tarixi kəşf edən arxeoloq danışdı: 30 ildir ki, axtarırdıq, belə tapdıq

Naxçıvanda tarixi kəşf edən arxeoloq danışdı: 30 ildir ki, axtarırdıq, belə tapdıq
03.06.2026 13:29 Sosial

Naxçıvanın qədim tarixi ilə bağlı olan İlandağ yazısı 30 illik axtarışdan sonra tapılıb Bu yazıda Urartu hökmdarı İşpuini və Menuanın Naxçıvana hərbi səfəri haqqında məlumat verilir. 

Axtarışda iştirak edən arxeoloq Vəli Baxşəliyev TodayPress TV-yə danışıb. 

Onun sözlərinə görə, tapıntı barədə ilk ipucu məqalədən gəlib:

"Bu yazı haqqında yalnız bir məqalədə məlumat var idi, lakin yeri dəqiq məlum deyildi. Ona görə uzun axtarışlar aparmalı olduq. Araşdırmada Urartuluların indiki Ərəzin kəndindən keçərək, Araz çayının cənubunda Pluadi ölkəsində Tanrı Xaldiyə qurban kəsilməsi yer alır. Araşdırmalara əsasən, Urartuların Naxçıvan istiqamətində həyata keçirdiyi hərbi hücumların hamısının uğurlu olmadığı ehtimal edilir".

Arxeoloqun sözlərinə görə, ümumilikdə isə tapıntılar həm təsadüfi müşahidələrin, həm də illərlə toplanmış elmi məlumatların bir araya gəlməsi nəticəsində aşkarlanır. Sonrakı mərhələdə sistemli arxeoloji axtarışlar baş verir.

Ümumilikdə, belə tapıntılar regionun qədim tarixinin yenidən oxunmasına imkan yaradır.  

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər