"Queen"in gitaristi vəfat etdi

"Queen"in gitaristi vəfat etdi
21.08.2026 16:00 Mədəniyyət

Əfsanəvi "Queen" qrupunun keçmiş bas gitaristi Barri Mitçel vəfat edib.

TodayPress TV xəbər verir ki, “Metro”nun məlumatına görə, bu barədə qrupun rəsmi tarixçisi və arxivçisi Qreq Bruks məlumat verib.

O, Mitçelin "Queen" irsi ilə bağlı tədbirlərdə daim fəal iştirak etdiyini bildirib.

Bruks musiqiçinin vəfatından böyük kədər hissi keçirdiklərini deyib və onun görüşlər zamanı danışdığı maraqlı hekayələri xatırlayıb.

Barri Mitçelin ölümünün dəqiq səbəbi və yaşı açıqlanmayıb.

Mitçel 1970-ci ilin avqustundan 1971-ci ilin yanvarına qədər "Queen"in ikinci bas gitaristi olub. O, qrupun formalaşmasının ilk mərhələsində mühüm rol oynayıb və “Liar” və “Son and Daughter” mahnılarının orijinal bas partiyalarını ifa edib.

Musiqiçi "Queen"dən ayrılana qədər qrupla 13 konsertdə çıxış edib. Bundan qısa müddət sonra onun yerini qrupun daimi bas gitaristi Con Dikon tutub.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
21 AVQUST 2026
Bütün Xəbərlər