Leyla Əliyeva və Arzu Əliyeva Xızı rayonuna səfər etdi

Leyla Əliyeva və Arzu Əliyeva Xızı rayonuna səfər etdi
24.06.2025 12:31 Sosial

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Xızı rayonuna səfər ediblər.

TodayPress TV xəbər verir ki, səfər çərçivəsində Leyla Əliyevanın təşəbbüsü ilə əsaslı şəkildə yenidən qurulan Xızı rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin açılışı olub.

Yenilənmiş məktəb binası lazımi tədris avadanlıqları ilə təchiz olunub, uşaqların intellektual inkişafına yönəlmiş təlim şəraiti yaradılıb.

Leyla Əliyeva məktəbdə yaradılmış şəraitlə tanış olub, şagirdlərlə səmimi söhbət apararaq onların təhsil sahəsindəki nailiyyətləri ilə yaxından maraqlanıb.

Leyla Əliyevaya məktəbin fəaliyyəti və burada təşkil edilən şahmat dərsləri barədə ətraflı məlumat verilib. Tədbir zamanı məktəblilərə müxtəlif hədiyyələr təqdim olunub.

Bundan əlavə, Xızı rayonunun Giləzi qəsəbəsində 100-ə yaxın uşağa idman geyim dəstləri və futbol topları təqdim olunub.

FOTOLAR

Leyla Əliyeva və Arzu Əliyeva Xızı rayonuna səfər etdi — 1
Leyla Əliyeva və Arzu Əliyeva Xızı rayonuna səfər etdi — 2
Leyla Əliyeva və Arzu Əliyeva Xızı rayonuna səfər etdi — 3
Leyla Əliyeva və Arzu Əliyeva Xızı rayonuna səfər etdi — 4
Leyla Əliyeva və Arzu Əliyeva Xızı rayonuna səfər etdi — 5
Leyla Əliyeva və Arzu Əliyeva Xızı rayonuna səfər etdi — 6
Leyla Əliyeva və Arzu Əliyeva Xızı rayonuna səfər etdi — 7
Leyla Əliyeva və Arzu Əliyeva Xızı rayonuna səfər etdi — 8
Leyla Əliyeva və Arzu Əliyeva Xızı rayonuna səfər etdi — 9
XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər