Laçına köçürülmüş sakinlərdən 1200-ə yaxın şəxs məşğulluq tədbirlərinə cəlb edildi

Laçına köçürülmüş sakinlərdən 1200-ə yaxın şəxs məşğulluq tədbirlərinə cəlb edildi
26.08.2025 10:57 Sosial

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Laçın rayonuna köçürülmüş sakinlərlə bağlı aktiv məşğulluq tədbirlərini davam etdirir.

Bu barədə TodayPress TV-yə Agentlikdən məlumat verilib.

Həmin sakinlərdən artıq 1200-ə yaxın şəxs məşğulluq tədbirlərinə cəlb olunub. Onlardan:

1132 nəfərin rayon ərazisində məşğulluğu təmin edilib (o cümlədən, rayona köçürülmüş sakinlərdən 74 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb)

49 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib.

Hazırda daha bir qrup sakinin məşğulluğuna dəstək işləri aparılır. Onların məşğulluq imkanları qiymətləndirilir və hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər