Həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanıldı

Sosial

11.06.2025 14:51

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir. 

Bu barədə DİN-nin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan TodayPress TV-yə verilən məlumata görə, keçirilən əməliyyat nəticəsində əvvəllər də qeyd edilən cinayət əməlinə görə məhkum olunmuş Cəfər Dadaşov saxlanılıb.

Onun üzərindən marixuana, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirdiyi 80 ədəd çətənə kolu aşkarlanıb. 

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

tag: DİN, Narkotik, Vətəndaşlar, Məlumat, todaypress.tv,

photo