DYP bir ailənin 2 üzvünün öldüyü qəza barədə məlumat yaydı
Hadisə
18.07.2025 11:12
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi dünən Bakı-Qazax yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində 2 nəfərin öldüyü, 3 nəfərin xəsarət aldğı yol qəzası ilə bağlı məlumat yayıb.
TodayPress TV xəbər verir ki, məlumatda qeyd olunub ki, təhlükəsizlik kəməri bir ailə faciəsinin qarşısını ala bilərdi:
"Müasir avtomobillər uzun inkişaf yolu keçsə də, təhlükəsizlik kəmərləri bu gün də əsas qoruyucu vasitələrdən biri hesab olunur. Dəfələrlə isbat olunub ki, təhlükəsizlik kəmərindən istifadə edən sürücü və sərnişinlər qəza hallarında kəmərdən istifadə etməyənlərə nisbətən daha az zərər çəkir.
Ötən gün Bakı-Qazax magistralında aralarında azyaşlılar olmaqla bir ailədən iki nəfərin həyatını itirməsi, iki nəfərin isə xəsarət alması ilə nəticələnən yol qəzasının ağırlıq dərəcəsinə təsir göstərən amil məhz təhlükəsizlik kəməri oldu. Belə ki, sözügedən hadisədə sərnişinlərin kəmər bağlamadıqları üçün aşan avtomobildən kənara düşməsi onların həlak olmasının və xəsarət almasının başlıca səbəblərindən biri hesab edilir.
Qanuna əsasən, sürücü hərəkətə başlamazdan əvvəl təhlükəsizlik kəmərini bağlamalı, sərnişinlərin də bu vacib tələbi yerinə yetirmələrini təmin etməlidir. Buna nail olan sürücü qanunun tələbini yerinə yetirir, gələcəkdə üzləşə biləcəyi hüquqi problemlərin qarşısını alır və ən əsası təhlükəsizliyi sığortalamış olur.
Dəyərli sürücülər, təhlükəsizlik kəmərləri sizi və həyatlarını sizə etibar edən sərnişinlərinizi həyata bağlayan bağdı. Unutmayın ki, qayda pozuntusu inzibati məsuliyyət, onun fəsadları isə bərpası mümkün olmayan itkilər doğurur".
tag: BDYPİ,Qəza,Məlumat,Ölüm,Todaypress.tv,
 
        
 
                                ![44 günlük [[müharibə dövründə yaralanan]] mülki şəxslər məhkəmədə ifadə verdilər](/uploads/news/688cc9964bbc2.webp) 
                                            ![İtkin düşən [[8 nəfər]] tapıldı](/uploads/news/683d462037d1e.webp) 
                                            ![Dələduzluqda [[şübhəli bilinən şəxslər]] saxlanıldı](/uploads/news/6826e60d30658.webp) 
                                            ![Cəbrayılda [[insan sümükləri]] aşkarlandı](/uploads/news/6856518d51b20.webp) 
                                            ![Xəzər və Suraxanı sakinlərinin [[NƏZƏRİNƏ!]]](/uploads/news/6852f2642dbb8.webp) 
                                            ![[[27 yaşlı kişi]] kəsici alətdən xəsarət aldı](/uploads/news/689cc2308af58.webp) 
                                            ![Yanğın təhlükəli [[avtotəmir sexinin fəaliyyəti]] dayandırıldı](/uploads/news/68380da7da9f5.webp) 
                                            ![Bakıda [[saxlanılan rusiyalılar]] anaları ilə görüşdülər](/uploads/news/687802f6a6c9e.webp) 
                                            ![Dənizdə [[batma təhlükəsi olan]] şəxs xilas edildi](/uploads/news/684c291751195.webp) 
                                            ![İnsan skeletinə bənzər sümük fraqmentləri aşkar edildi, [[araşdırma aparılır]]](/uploads/news/684bce461eca8.webp) 
                                            