Ən faydalı yaz tərəvəzləri
Sosial
19.03.2026 19:30
Yazda pəhrizinizə ispanaq və yaşıl soğan əlavə etməlisiniz.
TodayPress TV "Lenta.ru"ya istinadəön xəbər verir ki, bunu dietoloq və qidalanma üzrə mütəxəssis Sofiya Kovanova bildirib.
Kovanova qeyd edib ki, yaz aylarında pəhrizə erkən yetişən göyərtilər — ispanaq, rukkola və yaşıl soğan əlavə etmək tövsiyə olunur. Onun sözlərinə görə, bu məhsullar immuniteti və maddələr mübadiləsini dəstəkləyən fol turşusu (folat), C vitamini və antioksidantların zəngin mənbəyidir.
O, həmçinin yazda turp və xren istehlak etməyi məsləhət görüb. Dietoloq bildirib ki, bu tərəvəzlər C vitamini və lif baxımından zəngindir. Bununla belə, mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkən insanların onları ölçülü şəkildə qəbul etmələri vacibdir.
Kovanova yaz pəhrizinə kələmin də daxil edilməsini tövsiyə edib. Onun sözlərinə görə, kələm lif, həmçinin C və K vitaminləri ilə zəngindir.
Jalə Rövşən
tag: Tərəvəz ,Sofiya Kovanova,Tərəvəz,Antioksidant ,Todaypress.tv,
