Dövlət Agentliyi beynəlxalq sertifikata layiq görüldü

Dövlət Agentliyi beynəlxalq sertifikata layiq görüldü
05.06.2025 13:59 Sosial

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi növbəti dəfə ISO 37001 – “Rüşvətə qarşı idarəetmə sistemi” beynəlxalq sertifikatına layiq görülüb.

Bu barədə TodayPress TV-yə FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, Agentlik bununla bağlı beynəlxalq audit və qiymətləndirmə prosesindən uğurla keçib.

Qeyd edilib ki, ISO 37001 standartı Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən 2016-cı ildə təsis olunub və rüşvətlə mübarizə sahəsində dünya üzrə qəbul edilmiş yeganə beynəlxalq standartdır.

Bu sistemin tətbiqi Agentliyə fəaliyyəti ilə əlaqəli rüşvət riskinin müəyyən olunması, idarə edilməsi, rüşvətlə bağlı korporativ risklərin azalması, rüşvətə qarşı beynəlxalq normalara riayət edilməsi, həmçinin qabaqcıl təcrübələrin və hüquqi tələblərin tətbiqi sahələrində üstünlüklər əldə etməsinə imkan verir. Eyni zamanda, maraqlı tərəflərə Agentlik tərəfindən rüşvət hallarının qarşısının alınması üçün müsbət addımların atıldığına dair təminat verir. Rüşvət əleyhinə ən yaxşı təcrübələri özündə birləşdirən ISO 37001 standartı idarəetmədə şəffaflığın artırılmasına da zəmin yaradır.

Xatırladaq ki, FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi ISO 37001 – “Rüşvətə qarşı idarəetmə sistemi” beynəlxalq sertifikatına ilk dəfə 24 iyun 2022-ci ildə layiq görülüb.

FOTOLAR

Dövlət Agentliyi beynəlxalq sertifikata layiq görüldü — 1
XƏBƏR LENTİ
01 IYUN 2026
İlham Əliyev: Bu gün Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir 10:44 Prezident: Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz 10:42 Azərbaycanlı mühəndisin müəllifi olduğu orbital raket partladı 10:40 Kart ödənişlərində yeni qayda - komissiyalara limit... 10:39 İranla bağlı gözlənilməz açıqlama: Hamı rahat olsun, razılaşma olacaq! 10:37 Putin Paşinyanı təbrik etdi 10:34 Prezident: Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu 10:30 ŞAD XƏBƏR! İyunda 10 gün iş olmayacaq.... 10:26 İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi 10:24 Bu gün 14:00-da... — 4 vaqon yola düşəcək! 10:19 Luis Enrike Avropanı fəth etdi, Makron heyranlığını gizlətmədi! 10:06 Məsud Pezeşkian istefa verib? 10:05 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 10:02 İkinci Dünya müharibəsindən qalan bomba illər sonra partladı: Dəhşətli görüntülər! 09:59 Təbii qazın yeni qiyməti müəyyənləşdi 09:57 Kaleb Orr Azərbaycanda səfərdədir 09:45 Britaniya və Fransa Rusiyaya qarşı əməliyyat keçirdi 09:40 Zelenski elan etdi! Onlar Ukraynaya ilk dəfə gəlirlər – SƏBƏB... 09:33 Morqan Rocers yay transfer bazarını silkələyə bilər 09:32 Neft həftəyə ARTIMLA başladı 09:29 Dünya bu açıqlamanı gözləyirdi: Qışa qədər... 09:22 Azərbaycan cüdoçuları Qrats tatamisində zirvəyə yüksəldi 09:16 Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür 08:53 SEPAH ABŞ zərbəsinə sərt cavab verdi 08:41 Mehriban Əliyeva uşaqları təbrik etdi 08:34 Bütün Xəbərlər