Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı oldu

Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı oldu
28.05.2026 13:37 Siyasət

Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Xankəndidə "GP Safety" MMC-nin iş əlcəkləri istehsalı müəssisəsinin açılışında iştirak edib.

TodayPress TV xəbər verir ki, "GP Safety" MMC-nin təsisçisi Hikmət Əsədov dövlət başçısına müəssisənin fəaliyyəti barədə məlumat verdi.

Bildirildi ki, burada müxtəlif təyinatlı 4 növdə iş əlcəkləri istehsal ediləcək. Müəssisənin illik istehsal gücü 25 milyon cüt əlcəkdir. Məhsullar daxili bazarın tələbatını ödəmək üçün nəzərdə tutulur. Gələcəkdə isə onların Avropa bazarına ixracı da planlaşdırılır. Burada 35 nəfər işlə təmin olunacaq. Müəssisənin investisiya həcmi 3,5 milyon manatdır.

Onun yaradılmasına dövlət dəstəyi də göstərilib. Belə ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 1 milyon manat güzəştli kredit ayrılıb. Bundan başqa, investisiya təşviqi sənədi əsasında idxal olunan texnika və avadanlıqlar üzrə 238 min manat ƏDV-dən azadolma tətbiq edilib.

Qeyd edək ki, bu müəssisənin yaradılması Xankəndidə yüngül sənaye sahəsinin inkişafına töhfə verməklə yanaşı, şəhərin iqtisadi potensialının bərpasında da rol oynayacaq. Bu cür sənaye infrastrukturunun yaradılması yerli əhalinin işlə təmin olunmasına şərait yaradır, həm daxili bazarın tələbatını ödəməyə, həm də ixracyönümlü istehsalın həcmini artırmağa xidmət edir. Bütün bu işlər Azərbaycan dövlətinin Qarabağın iqtisadi potensialının bərpası, onun möhkəmləndirilməsi və müxtəlif təyinatlı məhsul istehsalının təşkili istiqamətində atdığı ardıcıl və məqsədyönlü addımların bir hissəsidir.

XƏBƏR LENTİ
04 IYUN 2026
Müəllimlərin işə qəbulu müsabiqəsi (MİQ) ilə bağlı "uğur böcəyi" Zirəddin Rzayev imiş - RƏY 13:54 Zahid Oruc "seçici" kimi Paşinyana 6 bəndlik tələb irəli sürdü 13:42 Naxçıvanın muxtariyyəti ləğv edilir? 13:32 Hava şəraiti tamamilə dəyişir - Neçə dərəcə isti olacaq? 13:24 Onaltımərtəbəli yaşayış binasında yanğın - Görüntülər 13:17 İrəvan sərxoş halda seçkiyə gedir - Fransız xalqı kef edir... 13:04 Dünya çempionatında irqçilik halları dərhal cəzalandırıla bilər! 12:49 Azərbaycanın ən yaşlı sakini vəfat etdi 12:43 Dünya çempionatında azarkeşləri gözləyən sürpriz məhdudiyyət! 12:32 Yol polisi skuterçini qəzadan xilas etdi - Anbaan 12:29 Romada medal ümidi: Azərbaycan parataekvondoçuları dayanqa çıxır! 12:13 Sərhədi qanunsuz keçənlər yaxalandı! 12:11 Azərbaycanda sürücüsüz avtomobillər olacaq 12:01 Gorus - Qafan yolu Azərbaycana verilir xəbəri Ermənistanı qarışdırdı 11:58 Bakıda kameralar önündə adam oğurladılar - Onları hansı cəza gözləyir? 11:50 “Siti”dən sərt xəbərdarlıq: Haaland “Real”a getmir! 11:46 Sensasion müqayisə: Oveçkini Ronalduya bənzətdilər! 11:35 Sərhəddə böyük əməliyyat: 319 kiloqram narkotik ələ keçdi 11:34 Meteohəssas şəxslər DİQQƏT! Maqnit qasırğası gəlir, özünüzü qoruyun 11:27 Türkiyənin “gizli silahı”: bu görüntü Yunanıstanı qarışdırdı – VİDEO 11:22 Xuliqan Bakı küçələrini bir - birinə qatdı, belə ələ keçirildi 11:12 Kim Çen In nüvə zavodunu təftiş etdi 11:03 İrəvanın qızılı Trampın gözünü qamaşdırdı - Zaxarova qımışdı 10:39 Dubay şahzadəsinin azərbaycanlı keçmiş arvadı uşaqları ilə birgə SAXLANILDI 10:47 “Real”da məşqçi savaşı: Rikelme Mourinyoya qarşı çıxdı! 10:42 Bütün Xəbərlər