WUF13-ün bağlanışı ilə əlaqədar bayraq endirmə mərasimi keçirildi
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) başa çatması ilə əlaqədar Bakı Olimpiya Stadionunda BMT-nin rəsmi bayrağının və Azərbaycan Respublikasının Dövlət Bayrağının endirilməsi mərasimi keçirilib.
TodayPress TV xəbər verir ki, mərasim çərçivəsində Birləşmiş Millətlər Təşkilatının və Azərbaycan Respublikasının dövlət bayraqları endirilib.
Bayraq endirmə mərasimi WUF13-ün rəsmi bağlanışını simvolizə edib və altı gün davam edən forumun yekununu ifadə edib.
Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası mayın 17–22-də Bakıda keçirilib və tədbir çərçivəsində dünyanın müxtəlif ölkələrindən dövlət nümayəndələri, beynəlxalq təşkilatlar, ekspertlər, vətəndaş cəmiyyəti və özəl sektor təmsilçiləri iştirak ediblər.
Qiymət Mahir