Slovak lider Ulu öndərin xatirəsini ehtiramla yad etdi

Slovak lider Ulu öndərin xatirəsini ehtiramla yad etdi
15.07.2026 11:33 Siyasət

Azərbaycanda rəsmi səfərdə olan Slovakiya Prezidenti Peter Pelleqrini iyulun 15-də Fəxri xiyabana gələrək Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.

TodayPress TV xəbər verir ki, Slovakiya Prezidenti Ulu Öndərin məzarı önünə əklil qoyub.

Prezident Peter Pelleqrini, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə ehtiramını ifadə edib, məzarı üzərinə tər güllər düzüb.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olunub.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər