Qərbi Azərbaycan İcmasında beynəlxalq tədbir keçirildi

Qərbi Azərbaycan İcmasında beynəlxalq tədbir keçirildi
23.06.2025 15:51 Siyasət

Qərbi Azərbaycan İcmasında Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş beynəlxalq tədbir keçirilib.

Bu barədə TodayPress TV-yə İcmadan məlumat verilib.

Bildirilib ki, tədbirdə ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, ictimai və elm xadimləri, həmçinin media nümayəndələri iştirak ediblər.

Görüşdə Ermənistandan zorla çıxarılmış azərbaycanlıların qayıdış hüququ və qaçqınlıq problemləri ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində Qərbi Azərbaycan həqiqətlərinə həsr olunmuş məlumatlandırıcı videoçarx təqdim edilib.

Açılış nitqi ilə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Ermənistandan azərbaycanlıların mərhələli deportasiyası, hüquqlarının pozulması və yaşanan faciələr barədə məlumat verib. O, tədbir iştirakçılarına indiyədək görülmüş işlər və atılmış addımlar haqqında danışıb.

Tədbirdə çıxış edən Qərbi azərbaycanlılar qaçqınlıq xatirələrini bölüşüb, Vətən həsrəti ilə yaşadıqlarını və qayıdış ümidi bəslədiklərini vurğulayıblar.

Qeyd edək ki, Ümumdünya Qaçqınlar Günü BMT Baş Assambleyasının 2000-ci ildə qəbul etdiyi 55/76 saylı qətnamə ilə təsis olunub. Bu günün məqsədi qaçqınların problemlərinə beynəlxalq diqqəti artırmaqdır. Qərbi Azərbaycan İcması hər il bu gün münasibətilə tədbir təşkil edir.

FOTOLAR

Qərbi Azərbaycan İcmasında beynəlxalq tədbir keçirildi — 1
Qərbi Azərbaycan İcmasında beynəlxalq tədbir keçirildi — 2
Qərbi Azərbaycan İcmasında beynəlxalq tədbir keçirildi — 3
Qərbi Azərbaycan İcmasında beynəlxalq tədbir keçirildi — 4
Qərbi Azərbaycan İcmasında beynəlxalq tədbir keçirildi — 5
Qərbi Azərbaycan İcmasında beynəlxalq tədbir keçirildi — 6
Qərbi Azərbaycan İcmasında beynəlxalq tədbir keçirildi — 7
Qərbi Azərbaycan İcmasında beynəlxalq tədbir keçirildi — 8
Qərbi Azərbaycan İcmasında beynəlxalq tədbir keçirildi — 9
XƏBƏR LENTİ
05 IYUN 2026
Azərbaycanda bu ölkənin viza müraciət mərkəzi fəaliyyətə başladı 22:21 6 gün Everestdə ac-susuz qaldı - Təsadüfən tapdılar 22:07 Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı - SİYAHI 21:02 Putin: "Rusiyanın Ermənistandan yalnız bir xahişi var" 23:45 Avropa çempionatının ən yaxşı oyunçusu seçildi 00:23 Trampdan İrana sərt mesaj: “ABŞ əsgərləri öldürülsə..." 00:30 Avropa çempionatının qalibi olan Azərbaycan millisi mükafatlandırıldı 00:33 İran XİN region ölkələrinə xəbərdarlıq ETDİ 00:26 Hicran Hüseynova vəfat etdi - FOTO 23:19 Azərbaycanın minifutbol millisi Avropa çempionu oldu 23:47 Parataekvondoçularımız Roma Qran-Prisində iki medal qazandılar 23:09 Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək 23:26 Atəşkəs uzun çəkmədi: İsrail və "Hizbullah" yenidən qarşılıqlı zərbələr endirdi 23:14 Emin Ağalarov Rusiya-Azərbaycan münasibətlərinin inkişaf potensialı barədə danışdı 22:52 Putin yenidən prezident olacaq? - Özü açıqladı - VİDEO 22:32 “Elvin özünə yeni klub tapmalıdır” - Ayxan Abbasov 22:38 İranla müharibə ABŞ ailələrinə yüzlərlə dollara başa gəldi 22:42 Vladimir Putin İlham Əliyevlə görüşəcək? - lider açıqladı 22:33 Türkiyə və Qətərin XİN başçıları ABŞ-İran danışıqlarını müzakirə etdi 22:19 Ermənistanda seçkiqabağı şok: Ölkəyə gələnlərə sərhəddə hərbi çağırış vərəqəsi verilir 21:55 Blokadadan bəri İLK: Milyonlarla barel neft daşıyan tanker Hörmüzdən keçdi 22:11 SAKİNLƏRİN NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq 21:29 Putin Azərbaycan-Rusiya əlaqələrindən danışdı 21:54 Rusiya və Çin yeni hərbi-texniki layihələr hazırlayır - Putin bəyan etdi 21:20 Azərbaycan-Rusiya biznes dialoqu keçirildi 21:10 Bütün Xəbərlər