Qalib Xankəndidə Əliyev zəfər qutlayır, məğlub İrəvanda parad keçirirlər

Qalib Xankəndidə Əliyev zəfər qutlayır, məğlub İrəvanda parad keçirirlər
28.05.2026 16:10 Siyasət

Bu gün — 28 May Müstəqillik Günündə regionda olduqca simvolik və təzadlı iki mühüm hadisə eyni vaxtda yaşanır. Cənubi Qafqazda formalaşmış yeni geosiyasi reallıq artıq siyasi simvollarda, dövlət mərasimlərində və ictimai mesajlarda da açıq şəkildə görünür.

Qalib tərəf olan Azərbaycan bayramı azad edilmiş Xankəndidə qeyd edir. Prezident İlham Əliyevin Xankəndidə Zəfər parkında Zəfər tağının önünə gül dəstələri düzməsi, yenidən qurulan Mədəniyyət Mərkəzinin açılışında iştirak etməsi və Şuşa istiqamətində aparılan bərpa işləri ilə tanış olması dövlət suverenliyinin praktik və siyasi nümayişi kimi qiymətləndirilir.


Eyni vaxtda məğlub tərəf olan Ermənistan isə İrəvanda 10 ildən sonra ilk dəfə hərbi parad keçirir. Ermənistan rəhbərliyi bunu “Birinci Respublika Günü” ilə əlaqələndirsə də, paradın əsas mahiyyətinin 2020-ci il məğlubiyyətindən sonra xaricdən alınan silahların nümayişi və cəmiyyətə “ordu bərpa olunur” mesajının verilməsi olduğu görünür.


Paradda Fransadan alınmış CAESAR haubitsaları, Hindistan istehsalı Pinaka sistemləri və digər xarici hərbi texnikaların nümayiş etdirilməsi Ermənistanın təhlükəsizlik baxımından xarici asılılığını da açıq şəkildə göstərir. Bu baxımdan parad daha çox hərbi güc nümayişindən çox, son illərdə həyata keçirilən silahlanma siyasətinin hesabat xarakterli təqdimatı təsiri bağışlayır.

Maraqlıdır ki, Nikol Paşinyan həm də məğlub olduğu dövrün siyasi məntiqi ilə hərbi parad faktorundan daxili siyasi alət kimi istifadə etməyə çalışır. Yerli analitiklər hesab edir ki, bu parad iyunun 7-nə təyin olunan parlament seçkiləri öncəsi müxalifətə siyasi və psixoloji mesaj vermək, hakimiyyətin zəif görünməsinin qarşısını almaq və cəmiyyət daxilində idarəetmə görüntüsünü qorumaq məqsədi daşıyır. Başqa sözlə, parad yalnız xarici auditoriyaya deyil, ilk növbədə Ermənistan daxilində seçkiqabağı siyasi balansın idarə olunmasına hesablanmış addım kimi görünür.

44 günlük Vətən müharibəsi və sonrakı antiterror əməliyyatlarından sonra yaranmış yeni regional düzən artıq tərəflərin davranışlarında da aydın hiss olunur: biri azad etdiyi ərazilərdə quruculuq və dövlətçilik nümayiş etdirir, digəri isə məğlubiyyətin yaratdığı daxili siyasi təzyiqləri hərbi simvollar vasitəsilə kompensasiya etməyə çalışır.

Qiymət Mahir

XƏBƏR LENTİ
05 IYUN 2026
Çin və Rusiya arasında iplər bir anda qopdu: Si Cinpin Putinə ultimatum yolladı 09:00 ABŞ-nin təyyarədaşıyan gəmisi ciddi zərər gördü - Taleyi necə olacaq? 08:43 Lavrovdan Ermənistan açıqlaması: "Seçim etməlidir" 08:32 ABŞ-dən Rusiyaya sərt zərbə: Sanksiyalar və Ukraynaya milyonlarla dollar yardım 08:26 Ürəyi məhv edən əsas amil açıqlandı 00:37 Tramp dayanmaq bilmir: 70 ildir qalib gələ bilmədiyi dövlətə gözünü dikdi 07:53 Hər gün yaşıl çay içmək hansı nəticələrə gətirib çıxara bilər? 00:35 İranda tanınmış rejissor həbs edildi 23:50 Azərbaycanda bu ölkənin viza müraciət mərkəzi fəaliyyətə başladı 22:21 6 gün Everestdə ac-susuz qaldı - Təsadüfən tapdılar 22:07 Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı - SİYAHI 21:02 Putin: "Rusiyanın Ermənistandan yalnız bir xahişi var" 23:45 Avropa çempionatının ən yaxşı oyunçusu seçildi 00:23 Trampdan İrana sərt mesaj: “ABŞ əsgərləri öldürülsə..." 00:30 Avropa çempionatının qalibi olan Azərbaycan millisi mükafatlandırıldı 00:33 İran XİN region ölkələrinə xəbərdarlıq ETDİ 00:26 Hicran Hüseynova vəfat etdi - FOTO 23:19 Azərbaycanın minifutbol millisi Avropa çempionu oldu 23:47 Parataekvondoçularımız Roma Qran-Prisində iki medal qazandılar 23:09 Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək 23:26 Atəşkəs uzun çəkmədi: İsrail və "Hizbullah" yenidən qarşılıqlı zərbələr endirdi 23:14 Emin Ağalarov Rusiya-Azərbaycan münasibətlərinin inkişaf potensialı barədə danışdı 22:52 Putin yenidən prezident olacaq? - Özü açıqladı - VİDEO 22:32 “Elvin özünə yeni klub tapmalıdır” - Ayxan Abbasov 22:38 İranla müharibə ABŞ ailələrinə yüzlərlə dollara başa gəldi 22:42 Bütün Xəbərlər