Putin tabutunu da qoltuğuna alıb peşman döndü - Çin quyu qazdı...

Putin tabutunu da qoltuğuna alıb peşman döndü - Çin quyu qazdı...
15.07.2026 11:55 Siyasət

Ruisya lideri Vladimir Putinin  Pekinə son səfərinin əsas məqsədi Rusiya ilə Çin arasında enerji əməkdaşlığını genişləndirmək idi. Səfərdə 40-a yaxın sənəd imzalansa da, ən vacib məsələ olan "Sibir Gücü-2" qaz kəməri layihəsi kənarda qaldı. 

Əsas problem qazın qiyməti ilə bağlıdır.

Çin Rusiya  qazını mümkün qədər ucuza almaq istəyir. Pekin təxminən 1000 kubmetr üçün 50 dollar qiymət təklif edir. Moskva isə bunu qəbul etmir, çünki bu qiymət Rusiyanın digər ixrac bazarlarında əldə etdiyi gəlirdən xeyli azdır. 

Elə buna görə də, danışıqlar nəticəsiz qaldı. 

Bunun təsiri dərhal hiss olundu. Səfərdən sonra "Gazprom"un  səhmləri ucuzlaşdı və tərəflər arasında yeni neft-qaz sazişi imzalanmadı. Kreml marşrut və texniki məsələlərdə müəyyən razılığın olduğunu bildirsə də, əsas məsələ olan qiymət və kommersiya şərtləri açıq qaldı.

Burada əsas üstünlük Çinin tərəfindədir. Çünki Rusiya Avropa bazarını böyük ölçüdə itirdikdən sonra qaz satışında Çinə daha çox ehtiyac duyur.

Çin də alternativ mənbələrə malikdir – Mərkəzi Asiyadan qaz alır, mayeləşdirilmiş təbii qaz (LNG) idxal edir və daxili istehsalını artırır. Buna görə də Pekin tələsmir və daha sərfəli şərtlərin dalınca gedir. 

Rusiya ilə Çin arasında siyasi yaxınlıq olsa da, iqtisadi münasibətlərdə hər iki tərəf normal olaraq ilk növbədə öz maraqlarını qoruyur.

"Limitsiz dostluq" haqqında verilən siyasi mesajlar kommersiya danışıqlarında eyni şəkildə özünü göstərmir.

Gələcəkdə bu layihə üzrə razılığın əldə olunması mümkündür. Lakin qiymət məsələsi həll edilmədiyi müddətdə  layihənin reallaşması çətin görünür. Enerji danışıqlarında şərtləri daha çox Çin müəyyənləşdirir, Rusiya isə əvvəlki illərlə müqayisədə daha zəif mövqedədir.

Jalə Rövşən 

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər