Moskvanın istəyi və reallıqlar… “Rusiya regionda çəki itirib”

Moskvanın istəyi və reallıqlar… “Rusiya regionda çəki itirib”
21.11.2025 18:10 Siyasət

Rusiya XİN sözçüsü Mariya Zaxarova bildirib ki, Moskva Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı mövqeyini dəyişməyib və üçtərəfli razılaşmalar hələ də sülh prosesinin əsas yol xəritəsidir. O, “3+3” formatında növbəti görüşün Bakıda və ya İrəvanda keçirilməsini dəstəklədiklərini, həmçinin tərəflərin bu il Əbu-Dabi, Vaşinqton və Düşənbədə apardığı birbaşa təmasların sülhə töhfə verdiyini deyib. 


Maraqlıdır, bu bəyanat fonunda Rusiya regionda yenidən aparıcı rol əldə etməyə çalışırmı və Zaxarovanın bəyanatında Azərbaycan–Vaşinqton münasibətlərində son dövrlər müşahidə olunan yaxınlaşmanın təsiri varmı?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan  politoloq Fikrət Sadıqov bildirib ki, dəyişən reallıqlar fonunda indi əsas istiqamət Vaşinqtonda paraflanan sülh sazişinə yönəlib:


"Üçtərəfli sazişdən – əgər söhbət 10 noyabr 2020-ci il bəyanatından gedirsə – heç kim imtina etmir. Amma bu sənəd artıq keçmişdə qalıb. Beş il vaxt ötüb, vəziyyət dəyişib və regionda tamamilə başqa bir ab-hava formalaşıb. Ermənistanın xarici siyasətində də Azərbaycana qarşı müəyyən korrektələr, yəni düzəlişlər müşahidə olunur. Hazırda biz sülh sazişinin imzalanması ərəfəsindəyik. Artıq Vaşinqtonda bu sənəd paraflanıb və bu istiqamətdə irəliləmək niyyətindəyik – gedirik və gedəcəyik".

Ekspertin sözlərinə görə, 10 noyabr bəyanatı heç vaxt ideal sənəd olmayıb. O, əsasən atəşkəsin təmin edilməsinə xidmət edirdi, lakin vaxt keçdikcə yeni reallıqlar və əlavə həll tələb edən məsələlər ortaya çıxıb.

O, qeyd edib ki, Rusiya bölgədəki təsirinin azaldığını açıq görür:

"Düşünürəm ki, Rusiya Azərbaycan, Ermənistan və ABŞ arasında Vaşinqtonda paraflanan sənəddən ciddi narahatdır. Çünki anlayır ki, regionda sıxışdırıla bilər. Reallıq ondan ibarətdir ki, Rusiyanın rolu əhəmiyyətli dərəcədə azalır".

F. Sadıqov sonda vurğulayıb ki, Rusiya ilə əlaqələrimiz davam etsə də,  onun regional çəkisi əvvəlki kimi deyil:

"Bu isə o demək deyil ki, biz Rusiya ilə münasibətləri kəsmək niyyətindəyik. İkitərəfli əlaqələr qalır və mən əminəm ki, Ermənistan da Rusiya ilə münasibətlərini pozmaq fikrində deyil. Rusiyanın müəyyən rolu qalmaqdadır, lakin aparıcı roldan faktiki olaraq imtina etməli olacaq. Çünki onun bölgədəki iştirakı artıq əvvəlki qədər vacib və həlledici deyil".

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
05 IYUN 2026
Rusiya və İran təşvişdə - Azərbaycan elə bir addım atdı ki... 10:35 20 il eyni yastığa baş qoyub, sonra boşandılar - Azərbaycanda dəhşətli statistika 10:24 Azərbaycan yığması yoxlama oyunları seriyasına başlayır! 10:14 Prezident Azərbaycan minifutbol millisini təbrik etdi 10:06 Qrupun taleyini dəyişə biləcək oyun: Azərbaycan meydana çıxır! 10:02 Polis məmuru oğlunu güllələdi, başında gözlədi - VİDEO 09:55 Azərbaycanlı gimnast Dubayda saxlanıldı – Şeyx şikayət edibmiş 09:49 Açıqlandı: Rusiya 2028-ə qədər Baltik ölkələrinə girəcək 09:43 Ukrayna dayanmır – Luqansk alovlar içində qaldı 09:41 Qonşu ölkə tarixi köklərinə qayıtdı - Qurultay sisteminə keçdi 09:45 Dollar almaq istəyənlərin NƏZƏRİNƏ! 09:36 Debatda maraqlı an: Tatoyan "valerian" gətirdi, Paşinyan isə belə cavab verdi - VİDEO 09:21 İş bitdi: Ukrayna Rus cəbhəsini ikiyə bölür - Milyona yaxın əsgər... 09:08 Çin və Rusiya arasında iplər bir anda qopdu: Si Cinpin Putinə ultimatum yolladı 09:00 ABŞ-nin təyyarədaşıyan gəmisi ciddi zərər gördü - Taleyi necə olacaq? 08:43 Lavrovdan Ermənistan açıqlaması: "Seçim etməlidir" 08:32 ABŞ-dən Rusiyaya sərt zərbə: Sanksiyalar və Ukraynaya milyonlarla dollar yardım 08:26 Ürəyi məhv edən əsas amil açıqlandı 00:37 Tramp dayanmaq bilmir: 70 ildir qalib gələ bilmədiyi dövlətə gözünü dikdi 07:53 Hər gün yaşıl çay içmək hansı nəticələrə gətirib çıxara bilər? 00:35 İranda tanınmış rejissor həbs edildi 23:50 Azərbaycanda bu ölkənin viza müraciət mərkəzi fəaliyyətə başladı 22:21 6 gün Everestdə ac-susuz qaldı - Təsadüfən tapdılar 22:07 Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı - SİYAHI 21:02 Putin: "Rusiyanın Ermənistandan yalnız bir xahişi var" 23:45 Bütün Xəbərlər