Hamad Al-Hajri: “İnsan hüquqları və suverenlik ayrılmaz anlayışlardır”

Siyasət

05.11.2025 12:38

“Beynəlxalq razılaşmalar olduqca mühüm əhəmiyyət daşıyır. Məsələn, Qətərdə biz yeddidən çox beynəlxalq saziş imzalamışıq və hökumətimizə bu razılaşmaların sayının artırılması ilə bağlı təkliflər irəli sürürük”.

TodayPress TV xəbər verir ki, bu fikirləri Qətər Dövləti İnsan Hüquqları Komitəsinin (NHRC) Proqramlar və Maarifləndirmə Departamentinin direktoru Hamad Al-Hajri “XXI əsrdə dövlət suverenliyi və milli konstitusiyalar: qlobal çağırışlar, tendensiyalar və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfransda səsləndirib.

Direktor Azərbaycanın da suverenliklə bağlı beynəlxalq təşəbbüslərə qoşulduğunu və bunun vacib addım olduğunu deyib. 

Hamad Al-Hajri qeyd edib ki, insan hüquqları və dövlət suverenliyi anlayışları bir-birini tamamlayan əsas prinsiplərdir:

“İnsan hüquqlarına hörmət göstərmək dövlətin və cəmiyyətin dayanıqlığının əsasıdır. Biz BMT ilə əməkdaşlıq edərək beynəlxalq razılaşmalar əldə edir, bununla da ədalətin bərqərar olmasına töhfə veririk. Beynəlxalq tərəfdaşlarla işləməklə həm mədəniyyətimizi, həm də milli maraqlarımızı qoruyuruq”.

O əlavə edib ki, müasir dövrdə əməkdaşlıq və institusional güc mühüm rol oynayır:

“Bizim bu gün birgə əməkdaşlığa böyük ehtiyacımız var. Güclü milli sistemlər və sabit institutlar formalaşdırmalı, texnologiyalardan səmərəli şəkildə istifadə etməliyik. Yalnız bu yolla həm suverenliyimizi, həm də ədaləti qlobal miqyasda qoruyub inkişaf etdirə bilərik”.

Qiymət Mahir

tag: Qətər,Azərbaycan,Beynəlxalq ,Hamad Al-Hajri,Todaypress.tv,