Gültəkin Hacıbəylidən XƏBƏR VAR: Məhkəmə qərarları...
Siyasət
03.02.2026 18:54
“Gültəkin Hacıbəylinin işi Türkiyə hüquq sistemindən aslıdır”.
Milli Məclisin deputatı Fazil Mustafa bunu TodayPress TV-yə danışarkən deyib.

Deputat qeyd edib ki, hüquqi bir dövlətin məhkəmə qərarına şərh vermək doğru deyil:
"Bu haqda bir şey deməkdə çətinlik çəkirəm, çünki məhkəmə prosesini izləmirəm. Hər halda, əgər Türkiyə hüquqi dövlətdirsə, məhkəmə qərarları üzərində hər hansı şərh aparmaq da doğru deyil. Burada sübutlar təqdim olunur və məhkəmə əgər bu sübutları qəbul etməyibsə, deməli, məhkəmə qərarları hansısa formada icra oluna bilər".
Parlamentari vurğulayıb ki, nəticələr Türkiyənin hüquqi qərarından asılıdır.
Qeyd edək ki, Milli Şuranın rəhbərliyində təmsil olunan, sabiq deputat Gültəkin Hacıbəylinin taleyi son həftələr yenidən müzakirə olunur. Türkiyə məhkəməsinin onun müraciətini təmin etməməsi ilə ekstradisiya prosedurunun hüquqi baxımdan açıq qalmasına baxmayaraq, o, hələ də Türkiyə ərazisində saxlanılır və Azərbaycana gətirilməyib.
Jalə Rövşən
tag: Gültəkin Hacıbəyli,Fazil Mustafa,Türkiyə,Həbs,TodayPress.tv,
