Dünya azərbaycan icmaları ilə tanış oldu

Dünya azərbaycan icmaları ilə tanış oldu
22.05.2026 13:25 Siyasət

WUF13 çərçivəsində vətəndaş cəmiyyəti və özəl sektorun geniş iştirakı təmin olunub, “Urban Expo” forumun ən dinamik platformalarından biri olub.

TodayPress TV xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev WUF13-ün rəsmi bağlanış mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanda iri beynəlxalq tədbirlərin təşkili üzrə əldə olunan nailiyyətlər ölkənin yalnız tədbirləri uğurla keçirmək deyil, həm də uzunmüddətli institusional təsir yaratmaq öhdəliyini əks etdirir.

Anar Quliyev qeyd edib ki, WUF13 həm hazırlanma, həm də icra mərhələsində dərin inklüzivlik prinsipi əsasında təşkil olunub.

“Vətəndaş cəmiyyəti forumda geniş və fəal şəkildə iştirak edib və ümumi iştirakçıların 12 faizini təşkil edib”, – deyə o vurğulayıb.

Komitə sədri bildirib ki, biznes və innovasiya mərkəzlərinin yaradılması özəl sektor, investorlar və startaplarla əməkdaşlığın güclənməsinə, innovasiya və şəhər transformasiyasının rolunun artırılmasına xidmət edib.

Onun sözlərinə görə, özəl sektorun daha geniş təmsilçiliyini görmək sevindiricidir və bu sektor forum iştirakçılarının 17 faizini təşkil edib.

“Forum bir daha nümayiş etdirdi ki, şəhər transformasiyası hökumətlər, icmalar və tərəfdaşlar birlikdə fəaliyyət göstərdikdə daha effektiv nəticə verir. WUF13-ün fərqləndirici xüsusiyyətlərindən biri forumun ən dinamik komponentlərindən hesab edilən “Urban Expo” oldu. Sərginin ümumi ekspozisiya sahəsi 10 min kvadratmetrdən çox oldu. Ümumilikdə 81 ölkədən 260 iştirakçı təşkilat 122 stend və pavilyonla təmsil olundu. İştirakçılar arasında hökumətlər, akademik dairələr, vətəndaş cəmiyyəti institutları, dövlət qurumları, eləcə də startaplar və innovasiya təşəbbüsləri daxil olmaqla özəl sektor nümayəndələri yer aldı”, – deyə Anar Quliyev bildirib.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUN 2026
SEPAH ABŞ zərbəsinə sərt cavab verdi 08:41 Mehriban Əliyeva uşaqları təbrik etdi 08:34 Prezident 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi 08:30 ABŞ ordusu İran ərazisində hərbi hədəfləri vurdu 08:23 Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür 08:53 Hansı meyvə şirələrini alkoqolla qarışdırmaq olmaz? - Həkimdən xəbərdarlıq 22:37 Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır 22:29 Yeddi komandanın hər biri mövsüm ərzində 100 milyon avrodan çox pul qazandı 22:23 NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasında mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Bütün Xəbərlər