Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi

Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi
01.06.2026 21:47 Siyasət

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan ABŞ Dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyindən TodayPress TV-yə bildirilib ki, görüş zamanı, Azərbaycan-ABŞ münasibətlərinin mövcud vəziyyəti və perspektivləri, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya əlaqələri, investisiyalar, ticarət, eləcə də regional gündəliyin qarşılıqlı maraq doğuran məsələləri müzakirə olunub.

Tərəflər Azərbaycan ilə ABŞ arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasına uyğun olaraq qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar. İlk iclası keçiriləcək Azərbaycan-ABŞ İqtisadi Dialoqunun əməkdaşlıq əlaqələrinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığı qeyd olunub.

Görüşdə enerji sahəsində uzunmüddətli əməkdaşlığın, xüsusilə ölkəmizin enerji təhlükəsizliyinə verdiyi töhfə vurğulanıb. Eyni zamanda bərpa olunan enerji, yaşıl keçid, innovasiyalar və yüksək texnologiyalar sahələrində əməkdaşlığın inkişaf perspektivləri nəzərdən keçirilib.

C.Bayramov ölkəmizin əlverişli investisiya mühiti, regional bağlantı layihələri və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində həyata keçirilən təşəbbüslər barədə məlumat verib. Bu istiqamətdə Orta Dəhlizin artan əhəmiyyəti, onun regional iqtisadi inteqrasiyaya verdiyi töhfə vurğulanıb.

Ötən ilin avqust ayında Vaşinqton sammiti çərçivəsində əldə edilmiş tarixi razılaşmalardan sonra regionda mövcud vəziyyət və əhəmiyyətli irəliləyişlər, habelə kommunikasiya xəttlərinin açılması, TRIPP layihəsinin icrası məsələləri müzakirə olunub.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

TodayPress TV

XƏBƏR LENTİ
05 IYUN 2026
Aİ 2028-ci ildə bloka qoşula biləcək ölkənin adını açıqladı 22:36 Tarixi qərar: "Böyük Qafqaz" UNESCO-nun Dünya Biosfer Rezervləri Şəbəkəsinə daxil oldu 23:07 Beynəlxalq Voleybol Federasiyasının seminarı başa çatdı 22:59 İrəvanda seçki savaşı: Rusiyanın dəstəklədiyi yeni ssenari işə düşür? 22:46 Merts Trampla görüşə hazırlaşır: ABŞ ordusu Almaniyanı tərk edir? 21:59 Tramp İranla böyük uğurlar əldə etdiklərini bəyan etdi 22:04 Paşinyan seçki öncəsi güc nümayişi etdi: Respublika meydanında böyük mitinq - VİDEO 22:25 Qara dənizdə qanlı insident: Türk balıqçıları hədəf alındı 22:17 Afrikada Ebola epidemiyası: 63 ölü, 400-ə yaxın yoluxma 21:48 Qrossi: "İran və ABŞ nüvə sazişinə çox yaxındırlar" 21:46 Azov dənizindəki hücumun təfərrüatı: Yaralı azərbaycanlılar hadisə anından danışdılar 21:57 Sosial media platformaları üçün yeni dövr: Yaş təsdiqi və təhlükəsizlik rejimi məcburi olur 21:05 SON DƏQİQƏ: "Neftçi"nin sabiq prezidenti vəfat etdi - FOTO 21:45 Bakıda xanım sərnişin avtobusa hücum etdi - VİDEO 21:29 Ermənistanda şəhər meri barəsində yeni cinayət işi açıldı 20:52 "Rusiya yenidən müharibəni seçir" - Zeleneskidən Putinə cavab 21:25 Qurban Qurbanov Allahverdi Bağırovun məzarını ziyarət etdi - FOTO 21:08 Qəzzada yeni mərhələ? - HƏMAS Misirdə mühüm danışıqlara başlayır 21:03 Ebola ilə mübarizə üçün 518 milyon dollar ayrılacaq 20:34 CENTCOM: 129 kommersiya gəmisi marşrutunu dəyişdi 20:00 Bu ərazilərdə qaz olmayacaq 20:29 Putin: "Ukraynaya qarşı hədəflərimiz dəyişməz olaraq qalır" 20:07 "İnşaatçılar əllərində pulemyot yox, alət tutsunlar" – Belarus liderindən sülh mesajı 20:30 İranda güclü zəlzələ baş verdi 20:23 Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi İsveçə uduzdu 20:18 Bütün Xəbərlər