Tər qoxusunun səbəbləri nələrdir?
Sağlamlıq
01.08.2025 19:45
Mütəxəssislər bildirirlər ki, bədəndə yaranan xoşagəlməz tər qoxusunun səbəbləri təkcə şəxsi gigiyena qaydalarına əməl olunmaması ilə bağlı deyil. Tər vəzilərinin fəaliyyəti bir sıra görünməyən amillərdən də təsirlənə bilər.
TodayPress TV xəbər verir ki, stress və narahatlıq kimi emosional hallar tərin qoxusuna təsir edən apokrin vəzilərin aktivliyini artıraraq daha qabarıq və kəskin qoxu yarada bilər.
Bundan əlavə, sarımsaq, soğan, karri, spirtli içkilər və emal olunmuş qidalar da tərin qoxusunu dəyişdirə bilər. Bu səbəbdən balanslaşdırılmış qidalanma və kifayət qədər su qəbulu vacib hesab olunur.
Həmçinin bildirilib ki, sintetik parçalardan hazırlanan geyimlər tərin bədəndə daha çox qalmasına və bakteriyaların artmasına şərait yaradır. Belə halların qarşısını almaq üçün pambıq və kətan kimi təbii materiallardan tikilmiş paltarların geyilməsi tövsiyə olunur.
Türkan İsgəndərli
tag: Tər,Qoxu,Xoşagəlməz,İsti,Todaypress.tv,