Süd məhsulları sınıq riskini azaldır - ARAŞDIRMA
Sağlamlıq
11.06.2025 19:45
Maye süd məhsulları və pendir istehlakı qadınlarda yaşlılıq dövründə osteoporoz və sınıq riskini əhəmiyyətli dərəcədə azaldır.
TodayPress TV xəbər verir ki, bu barədə Şərqi Finlandiya Universitetinin alimləri 25 illik genişmiqyaslı araşdırma ediblər.
Tədqiqatda 1932–1941-ci illərdə anadan olan 14.000-dən çox fin qadın iştirak edib. Onların pəhriz vərdişləri və tibbi sənədləri təhlil olunub. Yalnız aşağı enerjili sınıqlar (məsələn, osteoporoz səbəbli onurğa, omba, çiyin və bilək sınıqları) araşdırmaya daxil edilib. Qəzalar və hündürlükdən yıxılma nəticəsində yaranan travmalar isə nəzərə alınmayıb.
Alimlərin nəticələrinə əsasən, orta və yüksək miqdarda maye süd məhsulları qəbul edən qadınlarda ümumi sınıq riski 23–26%, osteoporotik sınıq riski 31–36% daha aşağı olub.
Bu göstəricilər fiziki aktivlik, dərman və vitamin qəbulu, spirt istifadəsi və bədən kütlə indeksi (BMI) kimi amillərə düzəliş edildikdən sonra da öz təsdiqini tapıb.
Araşdırmada pendir istehlakının osteoporotik sınıqlara təsiri qeydə alınmasa da, onun omba sınıqları riskini 47% azaltdığı aşkar edilib. Yəni pendir müntəzəm olaraq pəhrizdə olduqda omba sümüklərinin qorunmasında mühüm rol oynayır.
Türkan İsgəndərli
tag: Süd,Pendir,Qadın,Yaşlılıq,todaypress.tv,