Sistemli sklerozlabağlı yeni gen aşkarlandı

Sağlamlıq

17.06.2025 13:30

Amerikalı tədqiqatçılar sistemli sklerozun inkişafı ilə əlaqəli yeni "MICB" genini müəyyən ediblər. 

TodayPress TV xəbər verir ki, bu kəşf, dəri, qan damarları və daxili orqanlara zərər verən bu ciddi otoimmün xəstəliyin səbəblərini daha dərindən anlamağa imkan yaradır. 

Araşdırma çərçivəsində 2559 sistemli skleroz xəstəsi və 893 sağlam könüllünün genetik məlumatları ekzom ardıcıllığı texnologiyası ilə təhlil olunub. Əldə olunan nəticələr maşın öyrənməsi alqoritmləri ilə analiz edilib.

Əsas tapıntı "MICB" geninin xəstəlik riski ilə əlaqəsi olub. Bu gen əvvəllər sistemli sklerozla bağlı bilinmirdi və "HLA" genləri bölgəsində yerləşsə də, onlardan asılı olmayaraq fəaliyyət göstərdiyi aşkar edilib. Tədqiqatçılar hesab edirlər ki, bu genin hədəflənməsi gələcəkdə yeni müalicə üsullarının inkişafına səbəb ola bilər.

Alimlər bu nəticələrin xəstəliyin genetik əsasını daha yaxşı anlamağa, dəqiq diaqnoz və fərdi müalicə strategiyalarının hazırlanmasına mühüm töhfə verəcəyini bildirirlər.

Türkan İsgəndərli

tag: Gen,MCİB,Skleroz,Qan,Todaypress.tv,