Bu ilin doqquz ayında 114 körpənin topuq testi müayinəsi pozitiv çıxıb
Sağlamlıq
28.10.2025 12:20
Bu ilin doqquz ayı ərzində Yeni Klinikada 847 min 644 topuq testi müayinəsi aparılıb, onlardan 114-nün cavabı pozitiv çıxıb.
Bu barədə TodayPress TV-yə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, müayinələrdən keçən yeni doğulanların sayı 169 min 529 olub.
Qeyd edək ki, bu, yeni doğulmuş körpələrdə aparılan laborator analizdir. Bunun vasitəsilə irsi və metabolik xəstəliklər (məsələn, fenilketonuriya, hipotiroidizm, qlükoza pozğunluğu və s.) erkən aşkarlanır.
Topuq testi yenidoğulmuşların topuq nahiyəsindən qan nümunəsi götürülməklə həyata keçirilir. Qan nümunəsi vaxtında doğulan və qidalanmağa başlayan uşaqlardan doğuşdan iki gün, vaxtından tez doğulan uşaqlardan isə bir həftə sonra götürülür.
tag: TƏBİB,Körpə,Topuq testi,Pozitiv,Todaypress.tv,
 
                                             
                                             
                                             
                                             
        
 
                                ![Telefon istifadəçilərinə xəbərdarlıq: [[Sindroma tutula bilərsiniz]]](/uploads/news/68b6ba2433331.webp) 
                                            ![Niyə görə tez [[qocalırıq?]]](/uploads/news/6834774cd4557.webp) 
                                            ![Alma şirəsi dişlər üçün [[təhlükəli deyil]]](/uploads/news/68b97d1be04ca.webp) 
                                             
                                            ![Stress xərçəng xəstəliyinə [[faydalı ola bilər]]](/uploads/news/68f622d802ee7.webp) 
                                            ![Zəncəfil bağırsaq iltihabına qarşı [[müsbət təsir göstərir]]](/uploads/news/68d1307675222.webp) 
                                            ![Ağız qoxusundan qurtulmağın [[qeyri-adi yolu]]](/uploads/news/683020ad937e0.webp) 
                                            ![Artriti əvvəldən [[müəyyən etmək olar]]](/uploads/news/68da857d688e6.webp) 
                                             
                                            !["D" vitamini [[xərçəng riskini]] azaldır](/uploads/news/684fea443754a.webp) 
                                            