Sağlamlıq üçün harada yaşamaq lazımdır?
Sağlamlıq
30.07.2025 13:41
Alimlər sağlamlıq baxımından harada yaşamağın daha yaxşı olduğunu açıqlayıblar. Okean və ya körfəz yaxınlığında yaşamaq ömrü uzada bilər, çay və göl kənarında isə bu təsir müşahidə olunmur.
TodayPress TV xəbər verir ki, bu barədə “Environmental Research” məlumat yayıb.
Məlumata görə, ABŞ-nin 66 min bölgəsində insanların həyatı və sağlamlığı ilə bağlı məlumatlar təhlil edilib.
Alimlər müxtəlif növ su obyektlərinin yaxınlığının orta ömür uzunluğuna təsirini qiymətləndiriblər.
Tədqiqat zamanı iqlim və gəlir səviyyəsi, havanın keyfiyyəti, nəqliyyat infrastrukturu və urbanizasiya dərəcəsinə kimi faktorlar nəzərə alınıb.
Nəticələr göstərib ki, dənizlərin və okeanların yaxınlığında yerləşən sahilyanı ərazilərdə insanlar ölkənin daxili ərazilərinin sakinlərindən orta hesabla bir il çox yaşayırlar.
Bu, daha əlverişli iqlim, daha yaxşı ekoloji şərait, yüksək həyat səviyyəsi və istirahət zonalarına çıxış ilə əlaqələndirilir.
Bununla belə, çaylar və göllər kimi daxili su obyektləri, xüsusən də şəhər yerlərində orta ömür uzunluğu daha az olub.
Bu, çayların və göllərin yaxınlığında yerləşən bir çox şəhər ərazilərini xarakterizə edən çirklənmə, sıx yaşayış və sosial bərabərsizliyin birləşməsi ilə əlaqədar ola bilər.
Aysel Mətləb
tag: Sağlamlıq,Yaşayış,Sahil,Şəhər,Todaypress.tv,